Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində ADA Universitetinin magistratura proqramlarına dair infosessiya keçirilib
Yerləşdirilmə tarixi : 27 Noyabr 2025 14:35
Sumqayıt Dövlət Universitetində ADA Universitetinin magistratura proqramlarına dair infosessiya keçirilib
 Noyabrın 27-də Sumqayıt Dövlət Universitetində (SDU) ADA Universitetinin magistratura səviyyəsində təklif etdiyi ixtisaslar, yeni qəbul qaydaları və təqaüd proqramları barədə məlumat vermək məqsədilə görüş keçirilib. Tədbiri Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov açaraq qonaqları və iştirakçıları salamlayıb, SDU ilə ADA Universitetinin birgə əməkdaşlığından danışıb. Sumqayıt Dövlət Universitetinin təhsil imkanları, eləcə də beynəlxalq reytinqdəki mövqeyi haqqında məlumat verib. Tədris Metodiki Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elnarə Məmmədova çıxışında SDU-da tətbiq edilən müasir tədris strategiyalarının tələbələrin gələcək karyera uğurlarında oynadığı roldan bəhs edib. Sonra ADA Universitetinin Tələbə Qəbulu Şöbəsinin əməkdaşı Mahnur Abbasova universitetin akademik fəaliyyəti, tədris modeli, magistratura proqramları, yeni qəbul tələbləri və təqaüd imkanları barədə ətraflı təqdimatla çıxış edib. O, həmçinin ADA Universitetinin beynəlxalq əməkdaşlıq əlaqələri, tələbələr üçün yaradılmış innovativ mühit və karyera dəstəyi mexanizmləri barədə məlumat verib. Daha sonra ADA Universitetinin müəllimi Aygün Hüseynli “Akademik yazının əsasları” mövzusunda təqdimatla çıxış edib. O, akademik yazının strukturu, mənbələrlə işləmə qaydaları, sitat gətirmə prinsipləri və elmi üslubun formalaşdırılması kimi mühüm nüansları iştirakçıların diqqətinə çatdırıb. Tədbir interaktiv şəkildə davam edib. Sonda aktiv tələbələrə hədiyyələr təqdim edilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az