Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Generative AI və yaradıcı texnologiyalar” adlı təlim
Yerləşdirilmə tarixi : 10 Dekabr 2025 16:31
“Generative AI və yaradıcı texnologiyalar” adlı təlim
Dekabrın 10-da Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə müasir dövrün ən aktual sahələrindən olan süni intellekt və generativ texnologiyalara həsr olunan “Generative AI və yaradıcı texnologiyalar” adlı təlim keçirilib. Təlimi Generative AI üzrə təlimçi, süni intellekt və yaradıcı texnologiyalar üzrə mütəxəssis Ümid Salay aparıb. O, süni intellektin qlobal miqyasda inkişaf dinamikasından, generativ texnologiyaların təhsildə, elmdə və yaradıcı sahələrdə açdığı yeni imkanlardan bəhs edib, tələbələrin bu istiqamətdə bilik və bacarıqlar qazanmasının strateji əhəmiyyətini vurğulayıb. Həmçinin müasir əmək bazarının süni intellekt bacarıqlarına olan tələbatı barədə danışıb. Ümid Salay “Süni intellekt nədir?” mövzusunda təqdimatla çıxış edərək, süni intellektdən düzgün istifadə prinsipləri, onun imkanları və tətbiq sahələri barədə iştirakçılara məlumat verib. Təlim interaktiv müzakirələrlə davam edib və tələbələrin sualları cavablandırılıb.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az