Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin doktorantlarının ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanları təşkil olunmuşdur
Yerləşdirilmə tarixi : 11 Dekabr 2025 16:06
Sumqayıt Dövlət Universitetinin doktorantlarının ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanları təşkil olunmuşdur
 Doktorantura ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı formasıdır və elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. AMEA-nın müxbir üzvü, professor Əminağa Bəhmən oğlu Sadıqovun 02 dekabr 2025-ci il tarixli 3-29-71/3-1-1170/2025 saylı əmrinə əsasən 11 dekabr 2025-ci il tarixində SDU-nun Dayanıqlı İnkişaf Mərkəzində doktorantların fəlsəfə doktoru imtahanları keçirilmişdir. Uyğun ixtisaslar üzrə tanınmış professor-müəllim heyətindən ibarət komissiyalar 1202.01-Analiz və funksional analiz ixtisasında doktorant Fleydanlı Ayna Elbrus qızını, 2314.01- Neft kimyası ixtisasında doktorant Turabxanlı Səmayə Eldəniz qızını, 3340.01- Elektrotexniki sistemlər və komplekslər ixtisasında doktorant Hüseynov Nicat Ramiz oğlunu fəlsəfə doktoru proqramı üzrə imtahan etmiş, hər bir doktoranta dissertasiya mövzusuna aid suallar ünvanlamış və verilən cavabların qiymətləndirilməsini aparmışdılar. Geniş müzakirələrdən sonra komissiya üzvləri imtahan nəticələrinə əsasən iddiaçıların öz ixtisasları üzrə biliklərini müsbət qiymətləndirdilər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az