Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rəqəmsal bacarıqlar proqramı üzrə məlumatlandırıcı sessiya keçirilib
Yerləşdirilmə tarixi : 12 Dekabr 2025 16:44
Rəqəmsal bacarıqlar proqramı üzrə məlumatlandırıcı sessiya keçirilib
Dekabrın 12-də Sumqayıt Dövlət Universitetində Tədris Metodiki Mərkəzin təşkilatçılığı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Ironhack şirkətinin birgə həyata keçirdiyi Rəqəmsal bacarıqlar proqramı üzrə məlumatlandırıcı sessiya keçirilib. Tədris Metodiki Mərkəzin direktoru, dosent Elnarə Məmmədova proqramın məqsədi, rəqəmsal bacarıqların inkişafında rolu və “IT SkillSprint” layihəsinin qlobal IT bazarına hazırlıq baxımından əhəmiyyətini vurğulayıb. Görüşdə universitetə yüksək balla qəbul olan tələbələr iştirak ediblər. Təlimçi Coders Azerbaijan təhsil mərkəzinin icraçı direktoru Riyad Ağazadə tələbələrə proqramın əsas modulları “DevOps & Cloud Computing”, “Data & AI”, “Cybersecurity”, “Web Development”, hibrid tədris modeli, bootcamp dərsləri və Ironhack beynəlxalq sertifikatı barədə məlumat verib. Sonra Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev və Tədris Metodiki Mərkəzinin baş mütəxəssisi Rəşad Quliyev də çıxış edərək proqramın inkişaf imkanlarını diqqətə çatdırıblar. Sonda tələbələrin sualları cavablandırılıb və proqramın üstünlükləri barədə müzakirələr aparılıb.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az