Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində SƏTƏM üzrə təlimləri bitirmiş müəllimlərə sertifikatlar təqdim olunub
Yerləşdirilmə tarixi : 12 Dekabr 2025 17:03
Sumqayıt Dövlət Universitetində SƏTƏM üzrə təlimləri bitirmiş müəllimlərə sertifikatlar təqdim olunub
 11 dekabr tarixində Sumqayıt Dövlət Universitetində (SDU) Training Consulting Service (TCS) MMC-nin SƏTƏM istiqaməti üzrə təlim kurslarını bitirmiş müəllimlərə sertifikatların təqdimetmə mərasimi keçirilib. Tədbiri giriş sözü ilə SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq, TCS kimi beynəlxalq akkreditasiyalara malik təlim mərkəzlərinin ölkənin kadr hazırlığı ekosistemində artan rolunu vurğulayıb. Əminağa Sadıqov qeyd edib ki, qlobal rəqabət mühitində yüksəkixtisaslı mütəxəssis hazırlığı universitetlərin strateji prioritetinə çevrilib və praktiki biliklərlə nəzəri hazırlığın düzgün inteqrasiyası bu prosesin əsas şərtlərindən biridir. Əminağa Sadıqov çıxışında bildirib ki, universitetin müəllim və məzunlarının SƏTƏM təlimlərində iştirakı, onların müasir sənaye tələblərinə uyğun kompetensiyalar qazanmasına xidmət edir. O, TCS ilə qurulan əməkdaşlığın bu baxımdan mühüm addım olduğunu, bu tərəfdaşlığın müəllimlərin bilik və bacarıqlarının beynəlxalq standartlar üzrə inkişafına imkan yaratdığını diqqətə çatdırıb. Tədbirdə TCS MMC-nin direktoru Murad Mehdiyev çıxış edərək şirkətin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. O bildirib ki, TCS 2007-ci ildən etibarən həm yerli, həm də beynəlxalq bazarda dövlət qurumları və özəl sektor üçün təlim-tədris, mühəndislik xidmətləri və ekspert rəyləri təqdim edən beynəlxalq təşkilat kimi fəaliyyət göstərir. Şirkət bir çox sənaye sahələrində beynəlxalq akkreditasiya tələblərinə uyğun sertifikatlaşdırma proqramları həyata keçirir və işçi hazırlığında yüksək etibarlılığa malikdir. Sonda SƏTƏM üzrə təlimləri uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az