Babək Xürrəmi: “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır”.
Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Tariximizə səyahət” adlı silsilə tədbirlər işə başladı.Aprelin 2-də Azərbaycan istiqlal tarixinin qüdrətli simalarından biri, Xürrəmilər hərəkatının banisi, Ərəb Xilafətinə qarşı düz 20 il mücadilə edən böyük sərkərdə Babəkə həsr olunan mövzuda ilk dəyirmi masa keçirildi.
Tədbiri Azərbaycan tarixi kafedrasının dosenti Elmar Xəlilov açaraq bildirdi ki, istilaya qarşı mücadilə tariximizin unudulmaz siması Babək Xürrəmi Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş böyük sərkərdədir. Xalq qəhrəmanı Babəkin xatirəsi, adı, xidmətləri bu gün də xalqımız tərəfindən yad olunur. Onun şərəfli mübarizə yolunun dərindən öyrənilməsi, hər zaman olduğu kimi, bu gün üçün də çox aktualdır. Babək xürrəminin adı İstilaya qarşı mücadilə tariximizə qızıl hərflərlə yazılmışdır. O, qüdrətli bir şəxsiyyət, Xürrəmilər hərəkatının lideri kimi islam dininə, müsəlman mədəniyyətinə qarşı deyil, ərəb xilafətinə, onun istilasına qarşı aparmışdır. Ərəb səhrəlarında qolları budanıb, dərisi soyulan, “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır” nidası xalqımızın istilal tarixinə həkk olunmuşdur.
Tələbə Gənclər Təşkilatının Tarix və coğrafiya fakültəsi üzrə sədri III kurs tələbəsi İbrahim Zeynallı və digər tələbələr Əli Miriyev, Gülşən Rəhimli, Fatimə Abbasova Xürrəmilər hərakatından, xalqımızın əzəmətli oğlu Babəkin apardığı azadlıq mübarizəsindən, onun gördüyü böyük işlərdən söhbət açaraq qeyd etdilər ki, qəhrəmanlar ölmür, mübarizə yolu daşıyırlar, onların həyatı xalqların ömrü qədər olur.
Mətbuat xidməti