Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 15 Dekabr – “Türk Dilləri Ailəsi Günü”nə həsr olunan müştərək dərs keçirilib
Yerləşdirilmə tarixi : 16 Dekabr 2025 16:03
15 Dekabr – “Türk Dilləri Ailəsi Günü”nə həsr olunan müştərək dərs keçirilib

 Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Dil və ədəbiyyat kafedrasının təşəbbüsü ilə UNESCO tərəfindən 15 dekabr tarixinin “Türk dilləri ailəsi günü” kimi təsdiq edilməsi münasibətilə “Türk dillərinin müqayisəli qrammatikası” fənni üzrə müştərək dərs keçirilib. Müştərək dərsi Filologiya fakültəsinin baş müəllimi İlahə Musayeva və Zoom platforması vasitəsilə dərsə qoşulan Türkiyənin Qazi Universitetinin professoru Necati Demir birgə aparıblar. Tədbirdə türkologiya sahəsində tanınmış alim, Türkiyənin Hacettepe Universitetinin professoru, Sumqayıt Dövlət Universitetinin fəxri doktoru Haluk Şükrü Akalın əvvəlcədən qeydə alınmış videoçıxışı nümayiş etdirilərək dərsin elmi məzmununa mühüm töhfə verilib. Dərs zamanı türk dillərinin geneoloji əlaqələri, struktur və tipoloji oxşarlıqları, müqayisəli qrammatik xüsusiyyətləri, eləcə də müasir türkoloji tədqiqatların aktual istiqamətləri ətrafında geniş müzakirələr aparılıb, tələbələrlə interaktiv elmi dialoq qurulub. Dərsin sonunda Filologiya fakültəsinin Dil və ədəbiyyat kafedrasının müdiri, dosent Böyükxanım Eminli çıxış edərək dərsin məzmununu və elmi səviyyəsini yüksək qiymətləndirib, belə müştərək və hibrid formatlı dərslərin tədris prosesində səmərəliliyini vurğulayıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az