Sumqayıt Dövlət Universiteti “Times Higher Education Sustainability Impact Network”ə üzv qəbul olunub
Sumqayıt Dövlət Universiteti (SDU) dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığını genişləndirmək istiqamətində daha bir mühüm addım atıb. Universitet qlobal miqyasda dayanıqlılıq, ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və institusional idarəetmə kimi sahələrdə ən yaxşı təcrübələrin paylaşılmasına xidmət edən Times Higher Education (THE) Sustainability Impact Network şəbəkəsinə rəsmi olaraq qoşulub. SDU-nun şəbəkəyə üzvlüyü universitetə THE tərəfindən həyata keçirilən illik dayanıqlılıq qiymətləndirməsində iştirak etmək, qlobal göstəricilər və digər ali təhsil müəssisələri ilə öz fəaliyyətini müqayisəli şəkildə təhlil etmək, həmçinin müntəzəm vebinarlar və beynəlxalq tərəfdaşlarla bilik və təcrübə mübadiləsi platformalarına qoşulmaq imkanı yaradır. Bununla yanaşı, SDU dayanıqlılıq sahəsində analitik məlumatlara və yeni əməkdaşlıq perspektivlərinə geniş çıxış əldə edir.
.jpeg)