Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Keyfiyyət təminatı və strategiya şöbəsi birinci kurs tələbələrinin qrup nümayəndələri ilə görüşü davam edir
Yerləşdirilmə tarixi : 16 Dekabr 2025 16:58
Keyfiyyət təminatı və strategiya şöbəsi birinci kurs tələbələrinin qrup nümayəndələri ilə görüşü davam edir
 Dekabrın 16-da Keyfiyyət təminatı və strategiya şöbəsinin təşəbbüsü ilə Filologiya, Təbiət elmləri fakültələrinin birinci kurs tələbələrinin qrup nümayəndələri ilə görüş təşkil olunub. Görüşdə Tədris Metodiki Mərkəzin direktoru, dosent Elnarə Məmmədova, şöbənin əməkdaşları və qrup nümayəndələri iştirak ediblər. Tədris Metodiki Mərkəzin direktoru, dosent Elnarə Məmmədova qrup nümayəndələrinə tədrisin təşkili prosesi, qiymətləndirmə mexanizmləri və bu istiqamətdə görülən işlər barədə məlumat verib. Görüşdə Keyfiyyət təminatı və strategiya şöbəsinin mütəxəssisi Şəms Şirinova çıxış edərək şöbənin əsas fəaliyyət istiqamətləri, tələbə məmnunluğunun ölçülməsi məqsədilə keçirilən sorğular və bu sorğularda fəal iştirakın əhəmiyyəti barədə ətraflı məlumat verib. O, sorğuların təşkili mexanizmi, müsahibələr, təkliflər qutusu və açıq qapı günləri kimi tətbiqlər haqqında danışaraq, qrup nümayəndələrini bu proseslərdə aktiv olmağa çağırıb. Həmçinin görüşdə şöbə əməkdaşları tərəfindən sorğu nəticələri əsasında universitetdə həyata keçirilən yeniliklər barədə məlumat verilib. Görüşün sonunda iştirakçıların sual və təklifləri dinlənilib, müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, dekabrın 12-də Riyaziyyat, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə fakültələri üzrə də qrup nümayəndələri ilə Keyfiyyət təminatı və strategiya şöbəsi tərəfindən eyni məzmunda görüş təşkil olunub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az