Özbəkistanın Denau Sahibkarlıq və Pedaqogika İnstitutu ilə birgə layihə təklifi üzrə onlayn görüş keçirilib
Azərbaycan-Özbəkistan layihə müsabiqəsi çərçivəsində Sumqayıt Dövlət Universiteti (SDU) ilə Özbəkistanın Denau Sahibkarlıq və Pedaqogika İnstitutu arasında onlayn formatda görüş keçirilib. Görüş SDU-nun Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Eminovanın təşkilatçılığı və moderatorluğu ilə baş tutub. Görüşdə hər iki tərəfin nümayəndələri iştirak edib. Tərəflər beynəlxalq qrant müsabiqəsində iştirak məqsədilə elmi layihə mövzuları, potensial əməkdaşlıq istiqamətləri və gələcək birgə təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparıblar. Müzakirələr çərçivəsində 5 layihə təklifi olmaqla, ümumilikdə 10 layihə nəzərdən keçirilib. Yekunda hər universitetdən 1 layihə təklifi seçilərək qrant proqramına müraciət olunması barədə razılıq əldə edilib. Görüşün sonunda tərəflər ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, birgə elmi tədqiqatların təşviqi və beynəlxalq qrant müsabiqələrində ortaq iştirakın davam etdirilməsi istiqamətində qarşılıqlı maraq və niyyətlərini ifadə ediblər.
.jpg)
.jpg)
.jpg)