Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşları Atırau Universitetində qonaq mühazirə və elmi-metodik seminarda iştirak ediblər
Yerləşdirilmə tarixi : 04 Fevral 2026 11:36
SDU əməkdaşları Atırau Universitetində qonaq mühazirə və elmi-metodik seminarda iştirak ediblər

 Fevralın 3-də Qazaxıstan Respublikasının Xalel Dosmuhamedov adına Atırau Universitetində Sumqayıt Dövlət Universitetinin (SDU) alimlərinin iştirakı ilə qonaq mühazirələr və elmi-metodik seminar keçirilib.
Tədbirlər çərçivəsində SDU-nun Energetika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Xayala Vaqif qızı Əliquliyeva Atırau Universitetinin III kurs tələbələri üçün “Bərpa olunan enerji mənbələrinin fiziki prinsipləri” mövzusunda qonaq mühazirə təqdim edib. Eyni zamanda Riyazi analiz və diferensial tənliklər kafedrasının müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Leyla Vidadi qızı Nəsirova da Atırau Universitetində qonaq mühazirə ilə çıxış edib.
Bununla yanaşı, SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin idarə edilməsi kafedrasının professoru Şəfa Əliyev və Tarix və coğrafiya fakültəsinin Tarix, coğrafiya və metodika kafedrasının dosenti Yusifəli Həsənov Atırau Universitetində ixtisasları üzrə qonaq mühazirələr keçiblər.
Həmçinin Atırau Universitetinin Fizika, riyaziyyat və informasiya texnologiyaları fakültəsində SDU alimlərinin iştirakı ilə “Ali təhsildə fizika-riyaziyyat fənlərinin tədrisinin müasir metodları və biliklərin qiymətləndirilməsi sistemləri” mövzusunda elmi-metodik seminar təşkil olunub. Seminarda dosent Xayala Vaqif qızı Əliquliyeva və Leyla Vidadi qızı Nəsirova məruzələrlə çıxış edərək innovativ tədris yanaşmaları, fənlərarası inteqrasiya, tələbəyönümlü qiymətləndirmə və rəqəmsal alətlərin tədrisdə tətbiqi məsələlərini müzakirə ediblər.
Keçirilən elmi tədbirlər Sumqayıt Dövlət Universiteti ilə Atırau Universiteti arasında akademik əməkdaşlığın genişləndirilməsi və elmi-pedaqoji təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az