Sumqayıt Dövlət Universiteti IV Aqrar Startaplar və İnnovasiya Forumunda fəal iştirak edib
Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin birgə təşkilatçılığı ilə IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib. Tədbir ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində baş tutub.
Forumda dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, akselerasiya və inkubasiya mərkəzləri, investorlar və aqrar startapçılar iştirak ediblər. Tədbir çərçivəsində innovativ texnologiyalar və startap layihələri sərgilənib. Sərgidə müxtəlif müsabiqə və yarışların qalibləri iştirak edib, həmçinin “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində 90-dan çox startapçı 43 innovativ məhsulla nümayiş olunub.
Bundan əlavə, 20 ali təhsil müəssisəsi, 20-dən çox akselerasiya və inkubasiya mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlər öz məhsul və xidmətlərini sərgi iştirakçılarına təqdim ediblər.
Tədbirdə Sumqayıt Dövlət Universiteti (SDU) fəal təmsil olunub. Universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, professor-müəllim heyəti və tələbələr forumda iştirak ediblər.
SDU-nun Mühəndislik fakültəsinin “Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi” ixtisasının II kurs tələbələri Bağırov Rəşid və Əhmədov Aydın, robototexnika mütəxəssisi Maxmudov Hafiz, onların mentorları professor Cavanşir Məmmədov və dosent Nadir Hacıbalayev innovativ layihələrlə çıxış ediblər. Komandanın hazırladığı kanal suyunun təmizlənməsi üçün mobil qurğu, kənd təsərrüfatı sahələri üçün mobil suvarma sistemi və interaktiv idarə olunan mobil robot sərgidə maraqla qarşılanıb.
Forum çərçivəsində aqrar startap ekosisteminin inkişafı, universitet-sənaye əməkdaşlığı və innovasiyaların kommersiyalaşdırılması mövzularında panel müzakirələr də keçirilib.

.jpg)

.jpg)
.jpg)