Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əməkdaşlar arasında keçirilən idman yarışlarının qalibləri mükafatlandırılıb
Yerləşdirilmə tarixi : 20 Fevral 2026 09:10
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində əməkdaşlar arasında keçirilən idman yarışlarının qalibləri mükafatlandırılıb

 Fevralın 18-də Sumqayıt Dövlət Universitetində (SDU) “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş stolüstü tennis, dama və voleybol üzrə idman yarışlarının qalibləri mükafatlandırılıb.
Mükafatlandırma mərasimində SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək idmanın cəmiyyətdəki rolundan və ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Vurğulayıb ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də davamlı inkişaf müşahidə olunur və idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. SDU-da həm tələblər, həm də əməkdaşlar üçün idman həyatının sistemli və ardıcıl şəkildə təşkili xüsusi əhəmiyyət kəsb edir. İdman yarışları tələbə və əməkdaşların asudə vaxtlarını səmərəli dəyərləndirməsinə, eyni zamanda universitetdə kollektiv ruhun güclənməsinə mühüm töhfə verir.
Sonra qalib komandalar mükafatlandırılıb. Qaliblərə fəxri fərman, kubok və qiymətli hədiyyələr təqdim olunub. Yarışın yüksək səviyyədə təşkili və uğurla keçirilməsinə görə universitetin İdman Klubuna təşəkkür ifadə edilib.
Qeyd edək ki, fevralın 9-dan 13-dək universitetin Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun təşkilatçılığı ilə keçirilən yarışlarda SDU-nun və Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarından ibarət komandalar öz bacarıqlarını nümayiş etdiriblər. Stolüstü tennis üzrə şöbə əməkdaşlarından ibarət yığma komanda I yerə, Təbiət elmləri fakültəsinin komandası II yerə, Riyaziyyat fakültəsinin komandası isə III yerə layiq görülüb. Dama turnirində Mühəndislik fakültəsi I, Filologiya fakültəsi II, Tarix və coğrafiya fakültəsi isə III yeri tutub. Voleybol yarışında isə Təbiət elmləri fakültəsinin komandası I yerə, Riyaziyyat fakültəsinin komandası II yerə, Filologiya fakültəsi isə III yerə sahib olub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az