SDU-da Beynəlxalq müəllim mübadiləsinə həsr olunmuş seminar keçirilib
Fevralın 19-da Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsində “Riyazi analiz və diferensial tənliklər” kafedrasının təşkilatçılığı ilə "Beynəlxalq müəllim mübadiləsi: Qazaxıstan təcrübəsi" mövzusunda seminar keçirildi.
Seminarı kafedranın müdiri, dosent Xəyalə Seyfullayeva açaraq SDU ilə Qazaxıstandakı Atırau Universiteti arasında həyata keçirilən müəllim mübadiləsi layihəsi barədə məlumat verdi. Fakültə dekanı, dosent Xalidə Həsənova layihələrin dünyanın müxtəlif ali təhsil müəssisələri ilə birgə həyata keçirildiyini qeyd etdi. O, SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqova təşəkkürünü çatdıraraq bu cür tədbirlərin təcrübə mübadiləsi baxımından faydalı olacağını vurğuladı.
Ezamiyyətdə olmuş müəllim Leyla Nəsirova Atırau Universitetində apardığı mühazirələr, məşğələlər və elmi seminarlar barədə hesabatı təqdim etdi. O, müxtəlif akademik və mədəni tədbirlərdə iştirak etdiyini, universitetin maddi-texniki bazası və kampusu ilə tanış olduğunu bildirdi. Eyni zamanda, ezamiyyə müddətində keçirilən tanışlıq görüşlərinin gələcək əməkdaşlıq üçün faydalı olduğunu vurğuladı. Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Eminova xarici universitetlərlə əməkdaşlıq mexanizmləri, mübadilə proqramları və qrant imkanları haqqında məlumat verdi. Tədris Metodiki Mərkəzin direktoru, dosent Elnarə Məmmədova hesabatın praktik əhəmiyyətini vurğulayaraq, əldə olunan beynəlxalq təcrübənin SDU-da tədris prosesində tətbiqinin vacibliyini qeyd etdi, bu təcrübənin fakültədə tədris metodikasının zənginləşdirilməsinə və tələbələrin öyrənmə keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyini bildirdi.
Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçirildi və beynəlxalq əməkdaşlığın tədris və elmi işlər üçün önəmli olduğunu göstərdi.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg
)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)