Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının təsis olunmasının 33-cü ildönümünə həsr olunmuş “Sumqayıtın inkişafında YAP Sumqayıt şəhər təşkilatının rolu və yeri” adlı konfrans keçirilib. Tədbirin əvvəlində YAP Sumqayıt şəhər təşkilatının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Sumqayıtdakı abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi tarixində mühüm mərhələ olduğunu vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı partiya dövlətçilik ideyalarının möhkəmlənməsində və sabitliyin təmin olunmasında həlledici rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xəttin uğurla davam etdirildiyini bildirən sədr tarixi Zəfərin həmin strategiyanın ən parlaq nəticəsi olduğunu diqqətə çatdırıb. Ramiz Hüseynov eyni zamanda təşkilatın Sumqayıtda həyata keçirdiyi sosial və ictimai təşəbbüslərdən bəhs edərək YAP-ın şəhərin ictimai-siyasi həyatında fəal mövqeyini qeyd edib. O vurğulayıb ki, təşkilatın fəaliyyəti Sumqayıtın sosial-iqtisadi inkişafına və ictimai həmrəyliyin gücləndirilməsinə xidmət edir. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin deputatı Tahir Mirkişili, partiya veteranı Nazilə Cəlilova və Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişaf strategiyasında aparıcı rolunu yüksək qiymətləndiriblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərin Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdığı vurğulanıb, YAP-ın yerli təşkilatlarının bölgələrdə həyata keçirdiyi təşəbbüslərin ictimai həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyi qeyd olunub. Tədbirin sonunda bir qrup partiya veteranları Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin deputatı Tahir Mirkişili, partiya veteranı Nazilə Cəlilova və Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov və s. fəxri fərman və mükafatlarla təltif olunublar, həmçinin YAP-a yeni üzv olmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
.jpg)
.jpg)
.jpg
)
.jpg)