Komandamız şəhər çempionatında yüksək nailiyyət əldə edib
Fevralın 25-də Sumqayıt Paralimpiya İdman Kompleksində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə ali, orta ixtisas, peşə təhsil müəssisələri və gənclər təşkilatları arasında pnevmatik silahdan güllə atıcılığı üzrə Sumqayıt şəhər çempionatı keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən çempionatda Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecin komandası birinci, Sumqayıt Dövlət Universitetinin komandası ikinci, 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzinin komandası üçüncü yerə layiq görülüb. Qalib və mükafatçılar diplom və medallarla təltif edilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)