SDU-nun Qazaxıstana ezam olunan alimləri hesabat verdilər
Sumqayıt Dövlət Universiteti və Qazaxıstanın Atırau Universiteti arasında imzalanan əməkdaşlıq memorandumu əsasında müxtəlif layihələr həyata keçirilir. Növbəti belə layihələrdən biri “Beynəlxalq müəllim mübadiləsi: Qazaxıstan təcrübəsi” də başa çatıb. Layihə universitetlər arasında aparılan təcrübə mübadiləsinin hər iki ali təhsil müəssisəsi üçün faydalı olacağı qənaətini artırır. 2026-cı il yanvarın 26-dan fevralın 7-dək Sumqayıt Dövlət Universitetinin 4 əməkdaşı -İqtisadiyyat və idarəetmə fakültəsi Biznesin idarə edilməsi kafedrasının professoru Şəfa Əliyev, Energetika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Xəyalə Əliquliyeva, Tarix və coğrafiya fakültəsinin Tarix, coğrafiya və metodika kafedrasının dosenti Yusifəli Həsənov, və Riyazi analiz və diferensial tənliklər kafedrasının müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Leyla Nəsirova Atırau Universitetində ixtisasları üzrə qonaq mühazirələr deyiblər. Atırau Universitetinin fizika, riyaziyyat və informasiya texnologiyaları fakültəsində SDU alimlərinin iştirakı ilə təşkil olunan “Ali təhsildə fizika-riyaziyyat fənlərinin tədrisinin müasir metodları və biliklərin qiymətləndirilməsi sistemləri” mövzusunda elmi-metodik seminar böyük maraqla qarşılanıb.
Keçirilən elmi tədbirlər Sumqayıt Dövlət Universiteti ilə Atırau Universiteti arasında akademik əməkdaşlığın genişləndirilməsi və elmi-pedaqoji təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Alimlərimiz Atırau Universitetinə ezamiyyət müddətində 26 saat mühazirə oxuyub, 30 saat məşğələ keçib, 4 saat isə elmi seminarlarda iştirak ediblər. Həmçinin, Qazaxıstanda 50-dən artıq ixtisas üzrə 10 mindən yuxarı tələbənin təhsil aldığı Atırau Universitetinin çoxprofilli ali təhsil müəssisələri arasında 6-cı yerdə dayanan ali təhsil müəssisəsinin cəlbedici kampusu, auditoriyaları və zəngin texniki təchizatı olan laboratoriyaları ilə tanışlıqdan xüsusi təəssüratlarla qayıdıblar. Universitetimizin əməkdaşları ezamiyyətdən qayıtdıqdan sonra ayrı-ayrılıqda təmsil olunduqları fakültələrin tələbə-müəllim heyətinin iştirakı ilə təşkil olunan seminarlarda hazırladıqları hesabatları təqdim etmiş və iştirakçıları maraqlandıran suallara cavab vermişlər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg
)
.jpg)
.jpg)