Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Mülki Müdafiə Günü qeyd edilib
Yerləşdirilmə tarixi : 27 Fevral 2026 17:23
SDU-da Mülki Müdafiə Günü qeyd edilib
 Fevralın 27-də Sumqayıt Dövlət Universitetinin (SDU) Təbiət elmləri fakültəsində SDU Mülki Müdafiə, əməyin təhlükəsizliyi və yanğından mühafizə qərargahının təşkilatçılığı ilə 1 mart – Beynəlxaq Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirildi.
Fakültə müəllim və tələbələrinin iştirakı ilə başlayan tədbiri Qərargahın rəisi Aynur Məmmədova açdı. O, tədbir iştirakçılarını, o cümlədən, SDU-nun Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının müdiri Tahir Xəlilovu, Sumqayıt Regional Mərkəzi Milli Müdafiə idarəsinin təmsilçiləri Tamerlan Əliyev və Nurlan Əsədlini salamladı. 1972-ci ildən bəri beynəlxalq səviyyədə qeyd olunan bu günün, əhalinin diqqətini fövqəladə hallardan qorunma, maariflənmə və mülki müdafiə hazırlığının artırılmasına yönəltməkdən ibarət olduğu bildirildi. Azərbaycan Respublikasının 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olduğunu qeyd edən çıxışçı bu istiqamətdə ölkəmizin əhalisinin, xüsusilə gənclər arasında maarifçilik işinin aparıldığını diqqətə çatdırdı. Kimya mühəndisliyi və Ekologiya kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Azadə Əliyeva Ümumdünya Mülki Müdafiə Gününün missiyası barədə danışdı. Onlardan birinin qlobal diqqəti mülki müdafiənin əhəmiyyətinə cəlb etmək, fəlakətlər və ya fövqəladə hallar zamanı özünümüdafiə üçün ictimaiyyətin hazırlığını artırmaq olduğunu xatırladan dosent, ikinci missiyanın mülki müdafiə heyətinin fəlakətlərə cavab tədbirlərində göstərdiyi səyləri və fədakarlıqları hörmətlə qarşılamaq olduğunu qeyd etdi.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az