SDU tələbələri ölkəmizdə şəhərsalma və memarlığın iqtisadi tərəfləri ilə bağlı təqdimat etdilər
Martın 5-də Sumqayıt Dövlət Universiteti (SDU) İqtisadiyyat və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Urban Vision Showcase 2026- Year of Architecture and Urban Development” mövzusunda seminar keçirildi. “Gənc iqtisadçılar” klubunun təqdimatı ilə baş tutan tədbiri dosent Qalib Hüseynov açaraq iştirakçılara uğurlar arzuladı. Seminarın ərazi planlaşdırılması perspektivlərinin təqdimatı, şəhərsalma siyasətinin iqtisadi təsirlərinin təhlili, regional inkişaf strategiyalarının müzakirəsi, bu sahə üzrə prioritetlərin müəyyənləşdirilməsinə həsr edildiyi bildirildi. “Gənc iqtisadçılar” klubunun 13 üzvünün təqdimatları ilə “Ərazi planlaşdırılması və infrastrukturun inkişafı”, “Regional iqtisadi potensial”, “Davamlı şəhər mühiti və ekoloji yanaşmalar”, “Memarlıq trendləri və innovativ həllər”, “Bölgələr üzrə ərazi, iqtisadi aspektdən prioritetlərin təhlili” mövzularında seminar, Biznesin idarə edilməsi kafedrasının baş müəllimi İsmayıl Əmirlinin moderatorluğu ilə başladı. Müasir memarlıq trendləri və həllərin təhlilindən ibarət, slaydların nümayişi ilə baş tutan təqdimatlarda tələbələr şəhərsalma siyasətinin iqtisadi və sosial tərəflərini açmağa çalışırdılar. Yekunda SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov maraqlı araşdırmaların nəticəsi olaraq ingilis dilində təqdim edilən hesabatlara görə Klub üzvlərini təbrik etdi. Təqdimatların nəzəri və praktiki baxışlar əsasında hazırlandığını qeyd edən Əminağa Sadıqov təəssüratını bölüşdü: “Sizin bu layihəniz şəxsən mənim üçün ona görə maraqlıdır ki, hər birinizin çıxışı daha çox tələbə yoldaşlarınıza motivasiya kimi əvəzsiz nümunə oldu. Hesab edirəm ki, bu nümunə akademik uğurlarınız qədər vacib elementdir”. AMEA-nın müxbir üzvü Əminağa Sadıqov ölkəmizin gənc istedadlara dövlətimiz və xalqımızın hansı ümidlərlə baxdığını xatırlatdı: “Tədbirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində müxtəlif mövzular üzrə təqdim etdiyiniz çıxışlarınız məzmunlu olmağı ilə bərabər, ingilis dilində təqdimat edilməsi şəxsən mənə qürur yaşatdı. Bu qürurla yanaşı, ali təhsil müəssisəsinin rəhbəri kimi fikirləşdim ki, şəxsən mən də ingilis dilində bilgilərimi ideal vəziyyətə qaldırmalıyam. Bu motivasiyanı siz verdiniz və buna görə hər birinizə təşəkkür edirəm”.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)