Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Süni intellekt tələbələrin karyera yolunda
Yerləşdirilmə tarixi : 13 Mart 2026 15:56
Süni intellekt tələbələrin karyera yolunda
Martın 13-də Sumqayıt Dövlət Universitetində (SDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı, AI (Süni intellekt) üzrə mütəxəssis Ahmet Dolunun mentorluğu ilə "Təhsildən karyeraya yol: Süni İntellekt fonunda tələbələr üçün gələcəyin bacarıqları və karyera imkanları" mövzusunda seminar keçirildi. Universitet tələbələrinin iştirakı ilə baş tutan tədbiri açan Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev bu mövzuda tədbirin təşkili ilə bağlı zərurətdən danışdı. Mərkəz direktoru mövzunun aktuallığını vurğulamaqla, AI-nin sosial həyatımızın bütün sahələrinə nüfuz etdiyini, gələcək karyeralarında tələbələrin bu imkanlardan yararlanmanın reallıq olduğunu xatırlatdı. Çıxışına Karyera yolu ilə bağlı məlumatla başlayan Ahmet Dolu, AI texnologiyaları ilə tələbələrin erkən tanışlığını onların gələcək karyeraları üçün zəruri addım adlandırdı. AI sistemlərinin bu istiqamətdə səmərəli olması üçün geniş həcmli tələbə məlumatına ehtiyac olduğunu deyən mütəxəssis bunun necə baş verdiyi, istifadəsi və tələbə məlumatlarının qorunması prosesindən danışdı. Öz təhsili və karyera yolu barədə tələbələrə danışan Ahmet Dolu, bu nümunədə insanın harada və hansı təhsil müəssisəsində oxumasından, çalışmasından asılı olmayaraq, daha çox zəhmətinə güvənin vacib olduğunu vurğuladı: “Süni intellektlə hər sahədə nəsə etmək mümkün olsa da, yeganə problem seçimdir: amma nə seçmək, isə insan təmasını mühüm faktora çevirir”. İnsanın IQ səviyyəsi yüksələn xətlə getdiyi kimi, bunu süni intellekt də də müşahidə edirik və ona görə də AI ilə bağlı sürprizlərin hər vaxt şahidi olacağımızı qeyd edən mentor bu işə hər kəsin töhfə verə biləcəyini qeyd etdi. Seminar, tələbələrin müxtəlif səpkidə suallarının cavablandırılması ilə davam etdi. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az