SDU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalına start verilib. Artıq 21 ildir təşkil olunan bu layihənin əsas məqsədi gənclərə milli vətənpərvərlik ruhunun aşılanması, onların mədəniyyətimizə, incəsənətimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunması, bədii-estetik zövqlərinin formalaşdırılmasıdır. Eyni zamanda layihə incəsənətin müxtəlif sahələri üzrə istedadlı gənclərin üzə çıxarılmasına və onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə dəstək göstərir. Aprelin 2-də Sumqayıt Dövlət Universitetində (SDU) keçirilən baxış-müsabiqəsi universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Bədii yaradıcılıq sektorunun birgə təşkilatçılığı ilə baş tutub. Müsabiqə çərçivəsində tələbələrin səsləndirdiyi şeirlər, ifa etdikləri yerli və xarici musiqi nömrələri, eləcə də təqdim etdikləri rəqs kompozisiyaları münsiflər heyəti tərəfindən izlənilib. Müsabiqənin münsiflər heyətində xalq artistləri Samir Cəfərov, Gülyanaq Məmmədova, Təranə Muradova, Əməkdar artist Rəşad Haşımov, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu təmsil olunublar. Münsiflər iştirakçıların çıxışlarını yüksək qiymətləndirərək onların yaradıcılıq potensialını xüsusi qeyd ediblər. Tədbir tələbələrin fəallığı və maraqlı çıxışları ilə yadda qalıb.
Qeyd edək ki, festivalın qaliblərinin iştirakı ilə yekun konsert proqramı may ayında keçiriləcək. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)