Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri AIESEC infosessiyasından bəhrələndilər
Yerləşdirilmə tarixi : 07 Aprel 2026 16:35
SDU-nun tələbələri AIESEC infosessiyasından bəhrələndilər
Aprelin 7-də Sumqayıt Dövlət Universitetində (SDU) “AIESEC Azərbaycan” Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə infosessiya keçirildi. SDU-nun Riyaziyyat fakültəsinin 3-cü kurs tələbəsi, “AIESEC Azərbaycan” Sumqayıt Şəhər Şöbəsinin sədri İlahə Qədimovanın moderatorluğu ilə keçirilən tədbirdə ilk olaraq beynəlxalq təşkilatın yaranma zərurəti və onun inkişafını şərtləndirən amillər barədə söhbət açıldı. AIESEC-in çətin mühitdə praktik təcrübələrdən bəhrələnərək gənclərdə liderlik keyfiyyətləri, öz potensialının reallaşmasına nail olmaq iradəsini təlqin etməyə çalışan qlobal gənclər təşkilatı olduğunu vurğulayan moderator, qurumun fəaliyyət istiqamətləri, beynəlxalq proqramları və təşkilata qoşulma prosesi barədə məlumat verdi. İnfosessiyanın gedişatında çıxış edən digər çıxışçılar dünyanın 130-dək ölkəsində fəaliyyət göstərən təşkilatın Azərbaycanda 2006-cı ildən işə başladığını, minlərlə gəncin, o cümlədən tələbələrin Qurumun təqdim etdiyi müxtəlif proqramlar vasitəsilə beynəlxalq təcrübə keçmək şansı qazandığını vurğuladılar. İnfosessiya, auditoriyanın qoşulduğu müzakirələrlə davam etdi. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az