Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ACCA Proqramı və Tədris İmkanlarına həsr olunmuş məlumatlandırıcı seminar keçirilib
Yerləşdirilmə tarixi : 08 Aprel 2026 17:36
SDU-da ACCA Proqramı və Tədris İmkanlarına həsr olunmuş məlumatlandırıcı seminar keçirilib
Aprelin 8-də Sumqayıt Dövlət Universitetinin (SDU) İqtisadiyyat və idarəetmə fakültəsində Imza Groupun təşəbbüsü ilə ACCA Proqramı və Tədris İmkanlarına həsr olunmuş məlumatlandırıcı seminar keçirilib. Seminarı fakültənin dekanı, dosent Loğman Abdullayev açaraq belə təşəbbüslərin gənclərin peşəkar inkişafında əhəmiyyətini vurğulayıb. O, iştirakçıları beynəlxalq sertifikat proqramlarından maksimum faydalanmağa çağırıb və ACCA-nın dünya miqyasında ən geniş yayılmış peşəkar assosiasiyalardan biri olduğunu bildirib. Tədbir çərçivəsində layihə rəhbəri Günay Quliyeva iştirakçılara ACCA hesabının yaradılması, imtahanlara qeydiyyat prosesi, hazırlıq strategiyaları, tədris formatları və mövcud güzəştlər barədə məlumat verib. O, həmçinin ACCA kvalifikasiyasının strukturunu və mərhələlərini izah edərək proqramın Fundamentals (Knowledge və Skills) və Professional (Essentials və Options) səviyyələrindən ibarət olduğunu, iştirakçılara həm nəzəri bilik, həm də praktiki bacarıqlar qazandırdığını bildirib. Daha sonra ACCA təlimçisi, neft-qaz sektorunda maliyyə hesabatları üzrə rəhbər Elay Rəcəbli çıxış edərək proqramın üstünlükləri və karyera imkanları barədə məlumat verib. O, “Self-Study” yanaşmasının fərdi inkişafı gücləndirdiyini, düzgün planlaşdırma və intizamın uğur üçün əsas şərtlər olduğunu vurğulayıb. Bildirilib ki, Knowledge (F1–F3) modulları maliyyə və idarəetmə uçotu, biznesin əsasları üzrə fundamental bilikləri, Skills (F4–F9) modulları hüquq, vergi, audit və maliyyə hesabatlarının hazırlanması sahəsində praktiki bacarıqları, Professional səviyyədə isə Essentials (P1–P3) və Options (P4–P7) modulları strateji düşüncə, risklərin idarə edilməsi və ixtisaslaşma üzrə dərin bilikləri təmin edir. Seminar sual-cavab sessiyası ilə davam edib. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az