SDU-da “Kartdan Sənətə” layihəsinin təqdimatı oldu
Aprelin 8-də Sumqayıt Dövlət Universitetində (SDU) Karyera və Məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “Card to Art” sosial layihəsinin təqdimatı baş tutub. “Təmiz Şəhər” ASC-nin təşəbbüsü ilə yaradılan, Yapı Kredi Bank Azərbaycanın tərəfdaş olduğu “Card to ART” (“Kartdan Sənətə”) sosial layihəsinin təqdimat mərasimi SDU Karyera və Məzunlarla iş Mərkəzinin direktoru Anar Dünyamalıyevin çıxışı ilə başladı. Mahiyyətində ekologiyamıza qayğı dayanan sosial layihəyə Sumqayıt Dövlət Universiteti əməkdaşları və tələbələrinin qoşulmasının yaddaqalan hadisə olduğunu deyən Mərkəz direktoru Universitetin “Təmiz Şəhər” ASC ilə əməkdaşlığından daha çox tələbələrin bəhrələndiyini bildirdi. “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarlı layihənin yaranma zərurəti barədə məlumat verdi. O, layihədə məqsədin sosial həyatımıza daxil olan müxtəlif təyinatlı plastik kartların istifadə müddəti başa çatandan sonra onların ekoloji mühitə ziyanvurma potensialından danışdı. Bildirildi ki, Layihənin məqsədi yararsız plastik kartların cəmiyyətimiz üçün faydalı etməkdir. Bunun üçün layihə çərçivəsində müxtəlif məkanlardakı qutularda toplanacaq plastik kartlar yaradıcı insanların əlində sənət əsərlərinə çevriləcək. O sənət əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək “Card to ART” sərgisində təqdim olunacaq.
Sonda xatirə şəkli çəkdirildi.
.jpg)
.jpg)
.jpg
)
.jpg)
.jpg
)
.jpg
)
.jpg)
.jpg)
.jpg)
.jpg)