Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da urbanizasiyanın səbəbləri və sosial nəticələri Azərbaycan təcrübəsi fonunda müzakirə edildi
Yerləşdirilmə tarixi : 09 Aprel 2026 17:54
SDU-da urbanizasiyanın səbəbləri və sosial nəticələri Azərbaycan təcrübəsi fonunda müzakirə edildi
Aprelin 9-da Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya fakültəsinin Fəlsəfə, sosiologiya və politologiya kafedrasın təşkilatşılığı ilə “Urbanizasiya və sosial transformasiya: Azərbaycan təcrübəsi” adlı elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan fakültə dekanı, professor Adil Baxşəliyev tədbirin əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkəmizdə 2026-cı ilin “Memarlıq və Şəhərsalma İli” elan olunması ilə əlaqədar universitetdə və fakültədə silsilə tədbirlər həyata keçirilir. O, şəhərlərin yaranma tarixi, qədim yaşayış məskənlərinin formalaşması və planlı şəhərsalmanın inkişaf mərhələləri barədə məlumat verərək mövzunun aktuallığını diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, ictimai məkanların yenidən qurulması, “ağıllı şəhər” yanaşmalarının tətbiqi, eləcə də azad olunmuş ərazilərdə müasir şəhərsalma konsepsiyalarının reallaşdırılması bu sahədə əldə olunan mühüm nailiyyətlərdəndir.
Sonra Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimləri Fəridə Cəbrayılova “Azərbaycanın şəhərsalma strategiyası: tarixi irsdən müasir innovasiyalara”, Zahid Bünyadov “Urbanizasiya prosesi və onun əsas səbəbləri” II kurs tələbəsi Fidan Məsimova isə “Urbanizasiyanın yaratdığı sosial problemlər” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışçılar urbanizasiya prosesinin sosial nəticələri, şəhər inkişafının prioritet istiqamətləri və gələcək perspektivlər barədə məlumat veriblər.
Seminar mövzu ətrafında geniş və maraqlı diskussiya ilə davam etdirilib. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az