Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində Abay adına Qazax Milli Pedaqoji Universitetini ziyarət edib
Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu və “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi çərçivəsində Abay adına Qazax Milli Pedaqoji Universitetini ziyarət edib. Universitetin rəhbər şəxslərinin iştirakı ilə keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın prioritet istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Abai Qazax Milli Pedaqoji Universitetinin rektoru Bolat Tilep tərəfindən imzalanıb. Memorandum tərəflər arasında elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, akademik bilik və təcrübə mübadiləsinin təşviqi, birgə təhsil proqramlarının hazırlanması və innovativ istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, hər iki universitetdə pedaqoji istiqamətlər üzrə ixtisasların mövcudluğu bu əməkdaşlığın praktiki əhəmiyyətini daha da artırır və gələcəkdə birgə kadr hazırlığı üçün geniş imkanlar yaradır. Bu əməkdaşlıq Sumqayıt Dövlət Universitetinin beynəlxalq akademik şəbəkədə mövqeyinin möhkəmləndirilməsi, pedaqoji təhsil sahəsində təcrübə mübadiləsinin dərinləşdirilməsi və qlobal təhsil məkanına inteqrasiyanın sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, 1928-ci ildə təsis edilmiş Abay adına Qazax Milli Pedaqoji Universiteti Qazaxıstanın ən qədim ali təhsil müəssisəsi olmaqla, ölkədə müəllim hazırlığının aparıcı mərkəzlərindən biri kimi tanınır. 15 mindən çox tələbənin təhsil aldığı bu nüfuzlu ali məktəb həm də beynəlxalq reytinqlərdə mövqeyi ilə seçilir. Belə ki, universitet QS Dünya Universitetləri Reytinqi 2026-da 628-ci, QS Asiya Universitetləri Reytinqi 2025-də isə 131-ci yerdə qərarlaşıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)