Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti Almatı Texnologiya Universitetində əməkdaşlıq memorandumu imzalayıb
Yerləşdirilmə tarixi : 10 Aprel 2026 18:11
Sumqayıt Dövlət Universiteti Almatı Texnologiya Universitetində əməkdaşlıq memorandumu imzalayıb
Qazaxıstanın Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu və “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi çərçivəsində Sumqayıt Dövlət Universiteti beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirərək Almatı Texnologiya Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb. Memorandum Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Almatı Texnologiya Universitetinin rektoru Kuzalxanov Talqat Kuralbekoviç tərəfindən imzalanıb. Mərkəzi Asiyada aparıcı texniki ali təhsil müəssisələrindən biri hesab olunan Almatı Texnologiya Universiteti müasir texnologiyalar və rəqəmsal təhsil metodlarına əsaslanan proqramları ilə seçilir. Təxminən 7 mindən çox tələbənin təhsil aldığı universitetdə 300-dən artıq xarici tələbə də təhsil alır. Ali məktəb “High Research Output” statusuna malik olmaqla yüksək elmi fəaliyyət göstəriciləri ilə fərqlənir. Eyni zamanda, QS World University Rankings 2026-da 1001–1200-cü yerlər aralığında qərarlaşan universitet Qazaxıstanın TOP 10 ali təhsil müəssisələrindən biri kimi tanınır. İmzalanmış memorandum tərəflər arasında elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, innovativ texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi, akademik bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də müasir təhsil yanaşmalarının tətbiqi üzrə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az