Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rəsmi veb-səhifəsinin yenilənməsi və rəqəmsal inkişaf istiqamətləri müzakirə olunub
Yerləşdirilmə tarixi : 24 Aprel 2026 18:11
Sumqayıt Dövlət Universitetinin rəsmi veb-səhifəsinin yenilənməsi və rəqəmsal inkişaf istiqamətləri müzakirə olunub
Aprelin 24-də Sumqayıt Dövlət Universitetinin (SDU) rəsmi səhifəsinin yenilənməsi ilə bağlı iclas keçirilib.İclasda struktur rəhbərləri iştirak ediblər. İclası SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov açaraq Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ilə bağlı Sərəncamından irəli gələrək bütün müəssisələrdə olduğu kimi, Sumqayıt Dövlət Universitetində də bu istiqamətdə mühüm addımların atıldığını qeyd edib. O bildirib ki, universitetin rəsmi veb-səhifəsinin yenilənməsi vacibdir, çünki sayt ali təhsil müəssisəsinin “üzü” hesab olunur və onun bütün fəaliyyətini əks etdirməlidir. Bu məqsədlə işçi qrupunun yaradılması təklif olunub və struktur rəhbərlərinə qısa müddət ərzində öz fikir və təkliflərini təqdim etmələri tapşırılıb. İclasda həmçinin universitetin rəsmi veb-səhifəsinin funksionallığının artırılması ilə bağlı təkliflər səsləndirilib. Qeyd olunub ki, saytda müasir axtarış sistemi yaradılmalı, tələbə və müəllimlər üçün qeydiyyat və fərdi kabinet bölməsi tətbiq edilməlidir. Bununla yanaşı, fakültələr üzrə yeni bölmələrin açılması, məlumatların daha sistemli və əlçatan formada təqdim olunması da vacib hesab edilib. Bu yeniliklərin universitetin rəqəmsal inkişafına və informasiya əlçatanlığının artırılmasına xidmət edəcəyi vurğulanıb. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az