Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun magistrantı beynəlxalq elmi-praktik konfransda ikinci dərəcəli diplomla təltif olunub
Yerləşdirilmə tarixi : 29 Aprel 2026 12:53
SDU-nun magistrantı beynəlxalq elmi-praktik konfransda ikinci dərəcəli diplomla təltif olunub
 15-17 aprel 2026-cı il tarixlərində Perm Milli Tədqiqat Politexnik Universiteti (PNIPU) tərəfindən “Kimya. Ekologiya. Urbanistika” («Химия. Экология. Урбанистика») adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans elm, innovasiya, müasir kimya sənayesi üçün kadr hazırlığının təkmilləşdirilməsi, eləcə də müasir dünyada elm və təhsilin cəlbediciliyinin artırılması məsələlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Tədbirin əsas məqsədi bakalavr, magistr və doktorantların elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, tədqiqat mədəniyyətinin inkişaf etdirilməsi, tələbələrin öz potensiallarını reallaşdırmasına şərait yaradılması, həmçinin onların gələcək peşə və elmi fəaliyyətlərində mövcud problemlərin həllində iştirakını təşviq etmək olub. SDU-nun Kimya mühəndisliyi ixtisasının I kurs magistrantı Eltac Mustafayev “ParmaTech–2026” II Beynəlxalq Elmi-Texniki Forumu (II международный научно-технический форум «ПармаТех–2026») çərçivəsində təşkil olunan “Kimya. Ekologiya. Urbanistika” beynəlxalq elmi-praktik konfransında məruzəsinin yüksək elmi səviyyəsi və praktik əhəmiyyətinə görə ikinci dərəcəli diplomla təltif olunub. O, konfransın ingilis dilində keçirilən “Chemistry, Ecology, Urbanistics” bölməsində “MICRO VS NANO: Influence of Corn Husk Particle Size on Tensile Strength of Ethylene/1-Hexene Copolymer-Based Composite” mövzusunda təqdimatla çıxış edib. Qeyd edək ki, tədqiqat işi SDU-nun Ekologiya və kimya mühəndisliyi kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Fatimə Mustafayevanın elmi rəhbərliyi ilə aparılıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az