Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dövlət Agentliyinin əməkdaşları SDU-da mühazirə dedilər
Yerləşdirilmə tarixi : 29 Aprel 2026 18:02
Dövlət Agentliyinin əməkdaşları SDU-da mühazirə dedilər
Aprel ayının 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Təbii inhisarların dövlət nəzarəti sektorunun müdiri Rövşən Camalov Sumqayıt Dövlət Universitetinin (SDU) İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbələrinə maarifləndirici mühazirə keçdilər. “Rəqabət Orqanı: Fəaliyyət istiqamətləri və əsas funksiyalar” mövzusundakı tədbiri İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Loğman Abdullayev açaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin SDU ilə əməkdaşlığının bugünkü təhsilanlar, gələcəyin iqtisadçıların, habelə idarəedənlərin fəaliyyətində öz sözünü deyəcəyinə inandığını bildirdi. Müəllim və tələbələri mühazirənin gedişatında onları maraqlandıran məsələlərlə bağlı suallar verməyə çağıran dekan, oxşar tədbirlərin gələcəkdə də keçirilməsinə, əməkdaşlığın məntiqi yekununun məhsuldar olacağına şübhə etmədiyini vurğuladı. Rövşən Camalov “Rəqabət Məcəlləsi: Tənzimləmə metodları və müasir yanaşmalar təqdimatında” mövzusu barədə mühazirəsinə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, rəqabət siyasətinin prinsipləri barədə verdiyi məlumatla başladı. Mühazirədə, həmçinin Rəqabət Məcəlləsinin üstünlükləri, rəqabət tənzimləmələrinin əsas istiqamətləri, ⁠təbii inhisar sahəsində dövlət tənzimləmələri, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri məsələlərinə toxunuldu. SDU-nun əməkdaşları- Tədris Metodik Mərkəzin direktoru, dosent Elnarə Məmmədova, Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Qalib Hüseynov, habelə digər müəllimlərlə bərabər, tələbələr də onları maraqlandıran suallarına cavab aldılar.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az