Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində qanvermə aksiyası keçirildi
Yerləşdirilmə tarixi : 19 Aprel 2016 13:19
Sumqayıt Dövlət Universitetində qanvermə aksiyası keçirildi

Aprelin 19 – da Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi və Sumqayıt Dövlət Universiteti hər il olduğu kimi bu il də hemofiliyalı və talassemiyalı xəstələr üçün "Qan ver, yaşat" devizi altında universitetimizdə Qanvermə aksiyası keçirdi.
Xeyirxah aksiyada universitetin tələbə-müəllim heyəti, o cümlədən əməkdaşları, eləcə də şəhərdə fəaliyyət göstərən müəssisə və təşkilatların nümayəndələri könüllü iştirak etdilər. Xeyriyyə aksiyasının keçirilməsinin məqsədi qan xəstəliklərindən əziyyət çəkən insanların, lazım gələrsə, cəbhə xəttində baş verən hadisələrdə yaralı əsgərlərimizin, qana olan ehtiyaclarını ödəməklə onlara dəstək olmaqdır. Gənclərin məlumatlandırılması, gənclər arasında xəstəliklərə qarşı diqqətin artırılması, xəstəliyin qarşısının alınmasında iştirak etmək kimi məqsədlərə xidmət edən qanvermə aksiyasında Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunur,  tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən tələbələr ehtiyacı olan insanlara yardım məqsədi ilə həyata keçirilən belə bir aksiyanın iştirakçısı olduqlarına görə fəxr etdiklərini bildirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az