Aprelin 23-də Karyera mərkəzinin təşkilatçılığı ilə "Amrahbank” ASC-nin “İnqilab” filialının direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin və Odlar Yurdu Universitetinin MBA proqramının müəllimi, “RSH Consulting Company” şirkətinin təsisçisi, “Bank sistemi və bank əməliyyatları testlərlə” kitabının müəllifi, beynəlxalq təlimçi Ramin Bayramov universitetimizdə təhsil alan bakalavr, magistr və doktorantlar üçün Azərbaycan Respublikasının Bank sistemi mövzusunda təlim keçdi.
Təlimi Karyera mərkəzinin müdiri Zahid Bünyadov açaraq, qonaqları salamladı və təlimin əhəmiyyətindən bəhs edərək belə təlimlərin tələbələrimiz üçün vacib olduğunu bildirdi.
Çıxış üçün söz alan Ramin Bayramov təlim zamanı bank sisteminin-Azərbaycan maliyyə sisteminin mühüm elementi olduğunu vurğuladı. Yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasının məqsədi, Azərbaycan Respublikasının bank sistemindəki dəyişikliklər, Kredit təşkilatlarının fəaliyyəti haqqında statistik hesabatları və digər maliyyə xidmətləri göstərən qurumlar haqqında məlumat verdi.
Sonda təlim iştirakçılarının sualları cavablandırıldı.
Mətbuat xidməti