Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə şagirdlər arasında riyaziyyat üzrə fənn olimpiadası keçirildi
Yerləşdirilmə tarixi : 24 Aprel 2016 14:45
Universitetimizdə şagirdlər arasında riyaziyyat üzrə fənn olimpiadası keçirildi

Aprelin 24 –də universitetimizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Bu günün şagirdi, sabahın alimi”dir devizi altında Sumqayıt şəhər məktəblərinin IV-VIII sinif şagirdləri arasında riyaziyyat üzrə fənn olimpiadası keçirildi. Olimpiadanın keçirilməsində məqsəd
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı  26 yanvar 2015 – ci il tarixli sərəncamına uyğun olaraq  “2015 – 2025 – ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” nda yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması və bu məqsədlə müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Onu da qeyd edək ki, Strategiyanın qəbul edilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur.
Bu gün  SDU-nun  əsas prioritet istiqamətlərindən biri də elm və təhsilin vəhdətinə nail olmaqdır. 
Bu məqsədlə də Sumqayıt Dövlət Universiteti Sumqayıt Təhsil şöbəsi ilə birgə təşkil etdikləri olimpiadada şəhərimizin 42 ümumtəhsil məktəbinin  520 –dən çox  şagirdi riyaziyyat üzrə öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Olimpiada test üsulu ilə aparıldı. 25 -ə  yaxın sualdan ibarət olan imtahanda şagirdlərə 3 saat vaxt verildi.  Sualları cavablandıran şagirdlər isə sualların çətin olmadığını bildirdilər.
Olimpiadanın  nəticələri aprelin  27-də elan edildi. I, II, III yerləri tutan qaliblər universitet tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az