Noyabrın 21-də  Sumqayıt Dövlət Universitetində “Əmək yarmarkası”  keçirilmişdir. Tədbir Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə  reallaşdırılmışdır. 
  SDU-nun Humanitar məsələlər üzrə  prorektoru, dosent Nizami Namazov Dövlət  Məşğulluq Xidmətinin  rəis müavinləri  Şahbaz Xələfov, İbrahim Heydərov və Sumqayıt  şəhər Məşğulluq Mərkəzinin direktor əvəzi İlham Hüseynova universitetin  rəhbərliyi və professor-müəllim, tələbə heyəti adından belə bir tədbiri təşkil  etdikləri üçün öz dərin minnətdarlığını bildirdi. Vurğuladı ki,  Sumqayıt şəhərində fəaliyyət göstərən ən iri  ali təhsil müəssisəsi  olan Sumqayıt  Dövlət Universitetində “Əmək Yarmarkası” keçirilməsi tələbələrin həyatında əmək  bazarına çıxmaq və öz gələcək kariyerasını qurmaqda  çox mühüm və vacib amildir.
  Sumqayıt  şəhər Məşğulluq Mərkəzinin direktor əvəzi İlham Hüseynov   universitetin rektoru  Elxan Hüseynova  Əmək yarmarkasının keçirilməsinə şərait  yaratdıqlarına görə təşəkkürünü bildirdi.
  İlham Hüseynov çıxışında, bu gün ölkəmizdə  yeni boş iş yerlərinin yaradılmasının dövlət siyasətinin mühüm tərkib hissəsinə  çevrildiyini diqqətə çatdırdı. Bu siyasətə uyğun olaraq vətəndaşların  məşğulluğunun  təmini, bu məqsədlə  müxtəlif aktiv məşğulluq tədbirlərinin keçirilməsi Azərbaycan Respublikası Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirlik yanında Dövlət Məşğulluq  Xidmətinin fəaliyyət prioritetlərindən birinə çevrilmişdir. Vətəndaşların əmək  bazarına baxımından aktiv məşğulluq tədbirlərinin keçirilməsi məşğulluq xidməti  orqanları qarşısında əsas vəzifə kimi müəyyənləşdirilib.
  Son illər ölkənin müxtəlif rayonlarında əmək  yarmarkalarının təşkili bir ənənə halını almışdır və təcrübə göstərmişdir ki,  bu yarmarkaların keçirilməsi   vətəndaşların işlə təmini istiqamətində böyük  səmərə verir. inteqrasiyası 21 noyabr 2014-cü il tarixində Sumqayıt Dövlət  Universitetində keçirilən “Əmək yarmarkası” tədbirində  5-i dövlət, 32-si qeyri-dövlət olmaqla  Sumqayıt şəhərində fəaliyyət göstərən 37 işəgötürən tərəfindən 620 ştat vahidi  boş iş yerləri (vakan vəzifələri) təqdim olundu, Sumqayıtın iri müəssisələri  olan Sumqayıt Texnologiyalar Parkı, Gilan Tekstil Müəssisəsi, Bismak Qida-Sənaye  Kompleksi, BASF Kimya Şirkəti, “İntertextile” ASC və s. şirkətlər iştiak edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin və BMT İnkişaf Proqramının əməkdaşlığı ilə həyata keçirilən  “Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı” layihəsi çərçivəsində  2013-cü ilin sentyabr ayında SYSLAB Sumqayıt Mərkəzi fəaliyyətə başlamışdır.  Sumqayıt Dövlət Universitetindəki təhsilini yeni bitirmiş və 2015-cü ildə  bitirəcək məzunların bu layihədə iştirakı imkanları nəzərə alınaraq SYSLAB  Sumqayıt Mərkəzi də tədbirdə iştirak etmişdir. Məzunlar və sonuncu kurs  tələbələri layihə və mərkəzin fəaliyyəti haqqında məlumatlandırılmış, layihədə  iştirak etmək istəyən gənclərin CV-ləri qəbul edilmişdir.
Mətbuat xidməti