Tələbə Elmi Cəmiyyətinin bir qrup üzvü Ümummilli Lideri Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş Bakı Slavyan Universitetində “Filologiya elminin aktual problemləri” adlı I Respublika Tələbə Elmi-praktik Konfransında və Qafqaz Universitetində Gənc tədqiqatçıların IV Beynəlxalq elmi konfransında fəal iştirak edərək sertifikata layiq görüldülər. Bunlaradan filologiya fakültəsinin III kurs tələbəsi Günel Ağayeva “Seyfəddin Dağlının satirik əsərlərində şəxs adları”, II kurs tələbəsi Ayişə Hacıyeva “Bədii əsərlərdə antroponimlətin üslubi imkanları”, III kurs tələbəsi Leyli Quliyeva “Frazeoloji birləşmələrdə təsdiq və inkarlığın ifadəsi”, I kurs Nəsib Əlizadə “Qədim türk yazılı abidələrində bəzi arxaizmlərin orta əsr abidələrində və müasir dildə təzahürü”, II kurs tələbəsi Fatma İsayeva “İfadəli oxunun təlim-tərbiyəvi əhəmiyyət”, I kurs Qəmər Kərimova “Azərbaycan bəstəkarlarının yaradıcılığında vətənpərvərlik mövzusuna müraciət”, I kurs magistr Lalə Niftəliyeva “Məhəmməd Füzulinin lirikasında eşq anlayışı”, III kurs tələbəsi Röyalə Əliyeva “Dərəcə kateqoriyası tarixi aspektdə”I kurs tələbəsi Turanə Həsənova “Etnotoponimlərdə yatan tarix”, II kurs tələbəsi Əfsanə Əliyeva “Konversiyanın fikrin ifadəsində əhəmiyyəti”, Leyla Ələsgərova “Nitq hissələrində transformasiyanın təzahürü” II kurs tələbəsi Ayişə Hacıyeva “Toponim yaradıcılığında morfoloji üsul”, III kurs tələbəsi Yeganə Rəhimzadə “Antroponimlərin yaranmasında nitq hissələrinin rolu”, II kurs tələbəsi Heyran Cümşüdlü “Azərbaycan antroponimikasında advermə ənənəsi” mövzularında çıxış etdilər.
Mətbuat xidməti