Oktyabr  ayının 5-də SDU-nun Elmi Şurası səs çoxluğu ilə öz işinə başladı. İclası giriş sözü ilə açan sədr Elxan Hüseynov elmi şura  üzvlərini salamladı, SDU-nun qısa zaman kəsiyində əldə etdiyi uğurlarından,  nailiyyətlərindən danışdı. 
  Rektor  universitetin bir qrup idmançılarını Azərkimya İB-də keçirilən stolüstü tennis  üzrə idman yarışında birinci yeri tutması   münasibətilə təbrik etdi və onlara aldıqları kubokları təqdim etdi. 
  Iqtisadi  məsələlər üzrə prorektor Naib Hacıyevin SDU-nun maddi-texniki bazasının  möhkəmləndirilməsi sahəsində  görülən  işlər  və qarşıda duran vəzifələr barədə,    Elm və innovasiyalar üzrə prorektor,  professor  Ramazan Məmmədovun Təhsil  Nazirliyinin akkreditasiyasının keçirilməsinin təşkili üçün özünütəhlil  komissiyasının gördüyü işlər haqqında, TMŞ-nin   bölmə rəhbəri, professor Fazil Ələkbərlinin  Fakültələr üzrə 2013/2014-cü tədris ili üçün  hazırlanmış sillabusların və fənn proqramlarının təsdiqi, İnformasiya  texnologiyaları və proqramlaşdırma kafedrasının professoru Cavanşir Məmmədovun  SDU-da Elmi-texnoloji parkın yaradılması konsepsiyası haqqında məruzələri  dinlənildi.
  İclasda Elm  və innovasiyalar üzrə prorektor, professor   Ramazan Məmmədov SDU-da nəşr olunan Elmi xəbərlər jurnalının reytinqinin  yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs etdi. Bildirdi ki, jurnalın   Təbiət  və texniki elmlər bölməsi və sosial humanitar elmlər bölməsinin növbəti nəşri nəfis  şəkildə çapdan çıxmışdır.
  Rektor Elxan  Hüseynovun universitetin əməkdaşlarının sosial müdafiəsinin daha da  yaxşılaşdırılması  üçün noyabr ayının  1-dən maaşların artırılmasını məsələsi gündəliyə çıxarıldı. Rektor həmçinin  AMEA-nın Polimer Materialları İnstitutunda SDU-nun baza kafedrasının  yaradılması barədə məlumatı  iclas  iştirakçılarının diqqətinə çatdırdı.
  Sonra  elmi şurada müsabiqələrin keçirilməsi və elmi  adların müzakirəsinə başlanıldı. Cəfərov Valeh Cabbar oğluna “Ekologiya və  təbiətdən istifadə kafedrası üzrə professor elmi adının verilməsinə dair AAK  qarşısında vəsatətin qaldırılması, Yəhyayeva Aynurə Yusif qızına “Mühasibat  uçotu və audit” kafedrası üzrə dosent elmi adının verilməsinə dair AAK qarşısında  vəsatətin qaldırılması, Qarayeva İradə Eyvaz qızına “Neft kimyası və kimya  texnologiyası” kafedrası üzrə dosent elmi adının verilməsinə dair AAK qarşısında  vəsatətin qaldırılması müzakirə edildi və komissiya yaradıldı.
Mətbuat xidməti