Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Yeniyetmə və gənclərdə intihar aktual problem kimi”mövzusunda dəyirmi masa
Yerləşdirilmə tarixi : 07 May 2016 14:49
“Yeniyetmə və gənclərdə intihar aktual problem kimi”mövzusunda dəyirmi masa

May ayının 7-də Sumqayıt Dövlət Universiteti Ritorika Universal Klubunun təşkilatçılığı ilə Sumqayıt şəhər Gənclər kitabxanasında “Yeniyetmə və gənclərdə intihar aktual problem kimi”mövzusunda dəyirmi masa keçirildi.Tədbirdə respublikamızın bir çox ali məktəblərinin müəllim və tələbələri iştirak etdilər.
Tədbiri açıq elan edən kitabxananın müdiri Sona Eminova tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, həyat bir mübarizə meydanıdır. Həyatda istənilən hadisə baş verə bilər.  Bütün insanlar da eyni xarakterdə ola bilməz. İntihar iradəcə zəif insanların atdığı addımdır. Onlar  çətinlik qarşısında aciz qalaraq intihara əl atırlar. Unutmamalıyıq ki, intihara təşəbbüs hələ çıxış yolu demək deyil, çünki cəmiyyətin mövcudluğu onun fərdlərinin varlığı ilə bağlıdır. Səbəbi nə olursa olsun insan hər problemin öhdəsindən gəlməyə qadirdir.
Sonra Sumqayıt Dövlət Universitetinin müəllimi Əli Rzazadə qeyd etdi  ki, intihar mövzusu bütün dünya ölkələrində aktual və qlobal bir mövzudur. Hər gün sosial şəbəkələrdə, televiziyada, radioda intihar hadisələri ilə bağlı müxtəlif xəbərlər eşidirik və oxuyuruq. İntihar edən  şəxsi fikrindən yayındırmaq üçün ona psixoloji təsir göstərməli, yardım etməliyik.
Digər natiqlər vurğuladılar ki, ən əsas məsələ odur ki, insana ümid vermək lazımdır.Çünki ümid çox gözəl bir şeydir. Əgər insan ümidini itirdisə, o , uçurumdadır.Heç vaxt ümidinizi itirməyin.
Çıxışlardan sonra isə “İntihar nədir? İntihara aparan yollar hansılardır?İntihara əl atan şəxsləri fikrindən yayındırmaq üçün nələr etməli?” və s. bu kimi suallar ətrafında tələbələrlə müzakirələr aparıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az