Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Müasir Atom fizikası” üzrə virtual laboratoriyanın təqdimatı keçirildi
Yerləşdirilmə tarixi : 16 May 2016 16:48
“Müasir Atom fizikası” üzrə virtual laboratoriyanın təqdimatı keçirildi

Mayın 16-da Fizika və elektroenergetika fakültəsində “Müasir Atom fizikası” üzrə virtual laboratoriyanın təqdimatı keçirildi.
Universitetin rektoru, professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov, Humanitar Məsələlər üzrə prorektor, dosent Nizami Namazov, fakültə dekanı, dosent Tamella Əhmədova və  professor-müəllim heyətinin iştirak etdiyi təqdimatda dosent Sevda Rzayeva müasir atom fizikasının əhəmiyyətindən  danışdı. Bildirdi ki,  müasir dövrdə fizika elmi-texniki tərəqqinin aparıcı qüvvəsidir. Buna görə də tələbələrin aldıqları biliklərin fəaliyyət dairəsini maksimal dərəcədə genişləndirməyə və bu sahədə laboratoriya işlərinə geniş ehtiyac vardır. Dosent Sevda Rzayeva qeyd etdi ki, aparılan laboratoriya işlərinin nəticəsi olaraq müəllifi olduğu “Müasir Atom fizikası” dərs vəsaiti yaxın günlərdə işıq üzü görəcəkdir. Orta və ali məktəbin tələbələri üçün nəzərdə tutulan dərslik Azərbaycanda ilk dəfə olaraq Fizika və elektroenergetika fakültəsində tələbələrə laboratoriya işlərinin yerinə yetirmək üçün virtual laboratoriya işləri əsasında hazırlanmışdır. Kitabda mülahizələr əsas götürülmüşdür. “Müasir Atom fizikası” dərsliyi üzrə hər bir mövzuların nəzəri izahı, laboratoriya işlərinə uyğun Virtual təcrübi qurğularının işləmə prinsipi və təcrübələrin gedişinin təsvirinə aid materiallar, həm nəzəri hissələrin, həm də laboratoriya işlərinin mövzularını daha dərindən, praktiki əsaslarla, video görüntülər və mövzular üzrə testlərə geniş yer verilmişdir. Bu gün universitetimizdə müasir dövrün tələblərinə uyğun laboratoriyaların sayının çoxalması tələbələrdə böyük stimul yaradır, inanıram ki, təhsilimiz dünya elminə inteqrasiya prosesində layiqli yer tutacaq.
Təqdimatda universitetin rektoru, professor Elxan Hüseynov çıxış edərək qeyd etdi ki, müasir inkişaf mərhələsində ictimai həyatda elmin xüsusi çəkisi getdikcə artır. İndi ictimai həyatın elə bir sahəsi yoxdur ki, burada elmin ən son nailiyyətlərinə istinad etmədən uğur qazanmaq mümkün olsun. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, indi dünya mədəniyyət dünyasıdır, intellektual dünyadır, elmi texniki tərəqqi dünyasıdır. İqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycanda elmin tətbiqi istiqamətlərinin inkişafı üçün böyük sosial tələbat yaranmış, yeni texnologiyalar və müasir texniki avadanlıqlardan istifadə üzrə milli kadrların yetişdirilməsi sahəsində uğurlar əldə edilmişdir. Bu baxımdan, müasir dövrdə elm, bir tərəfdən mədəniyyət hadisəsidirsə, digər tərəfdən iqtisadiyyatın tərkib hissəsidir. Belə ki, yeni elmi biliklərin əldə olunması istiqamətində axtarışların mütəşəkkil surətdə həyata keçirilməsi və alınan nəticələrdən ölkənin praktik ehtiyaclarının ödənilməsi üçün istifadə olunması iqtisadiyyatın inkişafına böyük təkan verə bilər. Prezident cənab İlham Əliyevin  “Neft kapitalının insan kapitalına çevrilməsi” istiqamətində apardığı uğurlu siyasətə bu gün universitetimizdə  çalışan gənc kadrlarımız apardıqları elmi  tədqiqat işləri ilə yüksək səviyyədə cavab verirlər. Elmi tədqiqatlar dünyanın fiziki modelini daim genişləndirir və dərinləşdirir. Buna yalnız eksperiment və müşahidələr nəticəsində nail olmaq mümkündür. Bu gün virtual laboratoriyada keçirilən fiziki təcrübə gələcəkdə tələbələrin qarşılaşacaqları fiziki prosesin araşdırlmasında yüksək səviyyədə onlara yardımçı olacaqdır
Sonda mövzu üzrə Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri Aysel Qasımova, Bənövşə Abdullayeva, Günel Qədiyeva, Şəbnəm Mazakova, Aynur Qədimli, Təbarək Babaşova öz təqdimatları ilə çıxış etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az