Müddəti 36 ay olan Avropa Birliyinin ERASMUS+LPEB layihəsində (Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekologiya səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavr) Azərbaycan, Rusiya və Çin iştirak edir. Layihə Rusiya, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə və distant təhsil formatında aparılır. Avropanın 9 Universitetində həyata keçirilən layihədə Azərbaycandan üç universitet: Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universitet, Azərbaycan Memarlıq və İnşaat Universiteti iştirak edir.
Mayın 16-da Azərbaycan Texniki Universitetində ERASMUS PLUS proqramının LPEB layihəsində iştirak edən universitetlərin nümayəndələri və Avropa Birliyinin layihə üzrə eksperti Jean-Sebastienin iştirakı ilə növbəti seminar keçirildi.
Jean-Sebastien layihə çərçivəsində hazırlanan proqram haqqında ətraflı məlumat verdi və layihə ilə bağlı görülən işlərlə tanış oldu. Ekspert çıxışında ali təhsilli mühəndislərlə yanaşı, yüksək səviyədə texniklərin hazırlanmasının layihədə əsas məqsədlərdən biri olduğunu bildirdi.
Seminarda layihənin həyata keçirilməsinə mane olan problemlərin aradan qaldırılması, enerji və ekoloji səmərəlilik üzrə mütəxəssislər arasında aparılan sorğu nəticələri və layihə çərçivəsində görüləcək işlərin müzakirəsi aparıldı.
Sumqayıt Dövlət Universiteti tərəfindən Beynəlxlaq əməkdaşlıq şöbəsinin müdiri, dosentlər Turqay Hüseynov, Fizika və elektroenergetika fakültəsinin müəllimləri Sevil Abdullayeva, Nadir Hacıbalayev, Aşura Həşimova və layihənin tərcüməçisi Samirə Məmmədova iştirak etdilər.
Mətbuat xidməti