Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Erkən nigah və onun fəsadları”
Yerləşdirilmə tarixi : 17 May 2016 13:52
“Erkən nigah və onun fəsadları”

Ritorika Universal Klubun təşkilatçılığı ilə Sumqayıt şəhər Gənclər evində “ Erkən nigah və onun fəsadları” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Sumqayıt şəhər Gənclər və İdman  Baş İdarəsinin məsul işçisi Ceyhun Hüseynov,  Sumqayıt Dövlət Universitetinin müəllimi Əli Rzazadə, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı Arzu xanım və universitetimizin bir qrup tələbələri iştirak edirdi.
Tədbiri ilk giriş sözü ilə açan Ceyhun Hüseynov iştirakçıları salamlayaraq bildirdi ki,  “Erkən nigah” ümumiyyətlə iistər Şərq, istərsə də Qərb ölkələrində çox aktual bir məsələdir. Ailə quran tərəflərin yaşlarının rəsmi nigah üçün müəyyən olunmuş yaş həddindən belə aşağı olması ailədə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nigahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.
Universitetin müəllimi Əli Rzazadə qeyd etdi ki, ailə cəmiyyətdə mövcud olan mühüm institutlardandır. Onu qurmaq, qoruyub saxlamaq, yaş və psixi baxımından inkişaf tələb edir.Biz bu gün erkən nikahların fəsadlarını-nəticələrini boşanmaların səbəblərində axtarmalıyıq, internat evlərində uşaqların sayının artmasında axtarmalıyıq, insan alverinin qurbanı olan qadınların saylarının artmasında axtarmalıyıq. Bu kimi problemlərin həlli yolunda isə güclü maarifləndirmə işləri aparmalıyıq.
Digər tədbir iştirakçıları da nəzərə çatdırdılar ki, Erkən nigah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Erkən nikah mühüm problemdir, çünki iki nəslin, həm indiki, həm gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur.
Daha sonra “Gənclərin zərərli vərdişlərdən çəkindirilməsi”, “Qızların təhsildən yayınmasının qarşısının alınması” mövzularında diskussiyalar aparmışdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az