ENACTUS proqramı çərçivəsində SDU-nun ENACTUS komandasının müəllim və tələbələrdən ibarət işçi heyəti mayın 15-də Şabran şəhərində oldu. Bu ilin May ayında keçiriləcək XI ENACTUS Milli yarışında “Ölkənin ərzaq təhlükəsizliyinin həll istiqamətində təbii yem – qoza” layihə ilə iştirak edəcəkdir. Səfərin məqsədi layihənin iş planına uyğun olaraq təklif olunan yemin göstərdiyi nəticəni əldə etmək və təhlil etmək, gedən prosesləri foto və video çəkilişlərini həyata keçirtməkdən ibarətdir. Komanda yarışda 17 daqiqəlik video prezentasiya ilə təqdimat edəcəkdir.
Qeyd edək ki, ki, universitetimiz ENACTUS proqarmına 2014-cü ildən qoşulmuş, “Panda School – Məktəbəqədər Hazırlıq Mərləzi” layihəsi ilə çıxış edərək, sertifikat və mükafata layiq görülmüşdür. Səfər təsuratlarını bölüşən İslam Paşayev səfərin yüksək səviyyədə təşkili ücün komanda adında universitetin rektoru professor Elxan Hüseynova təşəkkürünü bildirdi.Biz də öz növbəmizdə yarışda iştirak edən komandamıza uğurlar diləyirik, ENACTUS kubokuna layiq görülməyi, layihəmizi ölkə xaricində təqdim etməyi arzulayırıq.
Mətbuat xidməti