Sumqayıt Dövlət Universiteti müxtəlif beynəlxalq layihələrdə iştirak etməklə özünün beynəlxalq sahədə olan təcrübəsini daim zənginləşdirməkdədir. Belə layihələrdən biri də “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) adlı TEMPUS layihəsidir. Layihənin məqsədi Azərbaycanın ali təhsil müəssisələrinə əlilliyi olan tələbələrin cəlb edilməsi və dəstəklənməsi üçün uyğun siyasətin və təlimatların hazırlanması, ali təhsil müəssisələrində, tələbələrin, müəllimlərin və işçilərin təlimləndirilməsi, yerli tərəfdaş universitetlərdə "Əlilliyi olan tələbələr üçün Mərkəz"lərin yaradılması, layihə barədə ictimaiyyətin məlumatlandırılmasıdır.
Layihənin iş planına uyğun olaraq yerli tərəfdaş universitetlərdə təlim –seminarlar keçiriləməsi nəzərdə tutulub. Bu məqsədlə mayın 16-da Sumqayıt Dövlət Universitetinin tələbələri üçün təlim-seminar keçirildi. Təlim-seminarı layihənin SDU-üzrə işçi qrupunun üzvü Samirə Kərimova və “Əlilliyi olan Tələbələr üçün Mərkəz” in koordionatoru Təranə Quliyeva apardılar. Layihəylə əlaqədar hazırlanmış təqdimat tələbələrə göstərildi. Təqdimat zamanı tələbələrə layihənin məqsədi, görülən işlər, əlillik, əlilliyi olan tələbələrlə etik davranış və düzgün ünsiyyət qaydaları, inkluziv təhsil, “Əlilliyi olan Tələbələr üçün Mərkəz” və könüllülük haqqında geniş məlumat verildi.
Sonra mövzu ətrafında müxtəlif fikirlər səsləndirildi,əlil tələbələrin tədris prosesinə inteqrasiya edilmələri, müəllimlərin, tələbələrin tədris zamanı əlillərlə davranış qaydaları barədə fikir mübadiləsi aparıldı.
Təlimdə Tarix-coğrafiya fakültəsindən 26 nəfər tələbə iştirak etdi.
Mətbuat xidməti