Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “İnsan hüquq və azadlıqlarının qorunması” aylığı çərçivəsində tədbir
Yerləşdirilmə tarixi : 21 May 2016 12:42
“İnsan hüquq və azadlıqlarının qorunması” aylığı çərçivəsində tədbir

İnsan hüquq və azadlıqları günümüzün ən aktual məsələlərindəndir. Bu münasibətlə mayın 20 – də universitetimizdə “İnsan hüquq və azadlıqlarının qorunması” aylığı çərçivəsində tədbir keçirildi.
Tədbiri Humanitar Məsələlər üzrə prorektor dosent Nizami Namazov açaraq bildirdi ki, respublikamızda insan hüquqlarının qorunmasına yüksək diqqət göstərilir. Ölkəmizdə hər bir kəs üçün bərabər imkanlar yaradılmış, hüquqları təmin edilmişdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyavi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın memarı və qurucusu olduğunu vurğulayan prorektor ölkəmizin keçdiyi inkişaf yolunun, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin məhz Əsas Qanuna – Konstitusiyaya söykəndiyini diqqətə çatdırdı. Prorektor  Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə yaradılmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynadığını bildirdi. O, Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycanın tərəqqisi yolunda hər bir vətəndaşımızın yorulmadan və səylə çalışmasının vacibliyini bildirərək, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü naminə beynəlxalq və dövlətdaxili səmərəli fəaliyyətinə ölkəmizin hər bir hüquqşünası tərəfindən dəstək verilməsinin önəmini qeyd etdi.Son illər Respublikamızın bu sahədəki fəaliyyəti universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir. Həmin müqavilələrin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələri özünün qanunvericilik sisteminə daxil etməklə beynəlxalq öhdəliklərini yerinə yetirmək yolunu tutmuşdur. Beynəlxalq müqavilələr dövlətlər arasındakı beynəlxalq münasibətlərin tənzimlənməsinin, dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla milli qanunvericiliyin tərkib hissəsinə çevrilməkdədir.
Sonra universitetin baş hüquqşünası dosent Əminə Həsənova “Azərbaycanda Ombudsman İnstitutunun yaranması və fəaliyyət istiqamətləri” mövzusunda məruzə ilə çıxış edərək, son vaxtlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlar, qəbul olunmuş dövlət proqramları, məhkəmə-hüquq islahatları barədə iştirakçılara geniş məlumat verdi. Qeyd etdi ki, bu aylığın keçirilməsində məqsəd il ərzində insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, problemləri və onların həlli yollarını müəyyənləşdirməkdir. Aylıq çərçivəsində həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər həyata keçirilir və bu prosesə cəmiyyətin bütün təbəqələri cəlb olunur. İnsan hüquqları ilə bağlı qurumlar, habelə dövlət orqanları, QHT-lər və digər təşkilatlar tərəfindən keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə yönəldilir. Əldə edilmiş uğurlar, mövcud çətinliklər barədə məlumatlar Ombudsmana təqdim olunur və bunların əsasında səlahiyyətli orqanlara müvafiq tövsiyələr verilir.
Tarix və coğrafiya fakültəsinin II kurs tələbələri Fəqan Səfərəliyev “Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasının müasir vəziyyəti”,  Nicat İsmayılov “Azərbaycanda tolerantlıq və multikulturalizm siyasəti insan hüquq və azadlıqlarının qorunmasınınbariz nümunəsidir”mövzularında çıxış edərək  2016-cı ilin respublikamızda multikulturalizm ili elan olunmasının əhəmiyyətindən danışaraq, ölkəmizin əzəldən multikultural məkan olmasını, insanların hər hansı məkanda yaşamasından, irqindən, dilindən, dinindən asılı olmayaraq hər kəsin adət-ənənəsinə, inancına, mədəniyyətinə hörmətlə yanaşmağın, dözümlülük nümayiş etdirməyin multikulturalizmin əsas mahiyyətinin olmasını vurğulamış,dövlətimizin konstitusion hüquq və azadlıqlarına təminat verərək ölkə ərazisində yaşayan bütün etnik qrupların, müxtəlif adət-ənənələrə və dillərə məxsus olan azsaylı xalqların da dinc, sülh şəraitində yaşamalarının təmin olunduğunu qeyd etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az