Universitetin Elmi kitabxanasında Tələbə Həmkarlar Təşkilatının və Ritorika Universal Klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş fakültələrarsı Nə? Harada? Nə zaman” intellektual bilik yarışı keçirildi.
Öncə Tələbə Həmkarlar Təşkilatının sədri Nemət İbayev yarışda iştirak edən komadalara uğurlar arzuladı və cıxışında bildirdi ki, oyunun keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Yarışda hər birində 6 nəfər olmaqla 7 komanda iştirak edirdi.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda tələbələr fəallıq nümayiş etdirərək elmin müxtəlif sahələri üzrə biliklərini sınadılar.
Nə? Harada? Nə zaman” bilik yarışının bu dəfəki qalibi Tarix və coğrafiya fakültəsinin “ABVİLİYON” komandası, II yeri Kimya və Biologiya fakültəsinin “NATURALİSTLƏR”, III yeri isə Mühəndislik fakültəsinin “ACCESS” komandaları bölüşdülər. Qalib komandaya keçici kuboku universitetin Humanitar Məsələlər üzrə prorektoru, dosent Nizami Namazov təqdim etdi və Universitet rəhbərliyi adından qələbə münasibətilə komanda üzvlərini təbrik etdi, onlara uğurlar arzuladı. Belə yarışların gələcəkdə də mütəmadi olaraq davam etdirilməsini bildirdi.
Mətbuat xidməti