UfА Dövlət Neft -Texniki Universiteti ilə əməkdaşlıq məsələlləri müzakirə olundu.
Ölkəmiz müstəqillik qazandıqdan sonra alimlərimizin əldə etdiyi nailiyyətlər beynəlxalq konfrans və simpoziumlar dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor Əkbər Ağayev və Kimya –biologiya fakültəsinin dekanı dosent Mahal Muradov 24-27 may tarixlərində Ufa şəhərində keçirilən “Neft-mədən kimyasının praktiki aspektləri”nə həsr olunmuş VI Beynəlxalq elmi –praktiki konfransda iştirak etdilər.
Başqırdıstan Respublikasının Elmlər Akademiyasının 25 illik yubileyinə həsr olunmuş konfrans Başqırdıstan Respublikasının Elmlər Akademiyasının, (BREA) Baş Nİİ Neftin, Başkortostan Dövlət Universitetinin, Ufa Dövlət Aviasiya Texniki Universitetinin, UfА Dövlət Neft- Texniki Universitetinin, Nəql və Enerji resurslarının Problemləri İnstitutunun, Rusiya Elmlər Akademiyasının (PEA) H.D.Zelinskiy adına Üzvi Kimya İnstitutunun, PEA-nın Kazan Elmi Mərkəzinin A.E.Arbuzov adına Üzvi və Fiziki Kimya İnstitutunun, Başkortostan Respublikasının elmə dəstək və inkişaf fondunun, Rusiya və Azərbaycan Ali təhsil müəssisələri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirildi və Başqırtıstan Respublikasının Elmlər Akademiyasının 25 illik yubileyinə həsr olunmuşdu.
Plenar iclasa sədrliyi Elmlər Akademiyasının prezidenti akademik Alfiz Qayazov və Ufa Neft Texniki Universitetinin rektoru professor R.N. Baxtizin sədrlik etdilər. Konfransda professor Əkbər Ağayev çıxış edərək, Sumqayıt Dövlət Universiteti barədə qısa məlumat verdi, kafedrada aparılan elmi - tədqiqatlar, onların nəticələri və konfransın proqramına daxil edilmiş tezislər barədə məruzə ilə çıxış etdilər. Konfrans müddətində BREA-nın prezidenti akademik Alfiz Qayazov, vitse prezidenti Rayxana Kulakova ilə görüşən alimlərimiz BREA-nın Kimya İnstitutları ilə universitet arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını müzakirə etdilər.
Ezamiyyət zamanı alimlərimizin Assosasiyanın həmsədri, rektor professor R.N.Baxtizin, tədris işləri üzrə prorektor professor İlduz İbrahimov Tədris-metodiki işlər üzrə prorektor dosent Oleq Baulinlə görüşləri oldu. Tanınmış kimyaçı alimlər- akademik Ural İmaşov, müxbir üzv Zlotski, professor E.Kontor ilə keçirilən görüşlərdə maraqlı müzakirələr aparılmış əməkdaşlıqla bağlı təklif planı hazırlanaraq təhlil edilmiş, SDU və Ufa Neft Texniki Universitetinin uyğun fakültələri arasında əlaqələrin yaradılması, birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilmişdir .
Konfransda professor Əkbər Ağayev qeyd etmişdir ki, Azərbaycan tərəfdən universitetimiz Azərbaycan - Rusiya Universitetləri Assosiasiyasının həmsədridir. Bu baxımından Assosiasiyanın 1-ci elmi konfransının SDU –da keçirilməsi təklifni irəli sürmüşdür. Universitet rektorunun fəxri professor seçilməsi, universitet rektorlarının və tanınmış alimlərin SDU və UNTU-da nəşr olunan elmi jurnalların redaksiya heyətinə daxil edilməsi və elmi məqalələrin qarşılıqlı şəkildə ekvivalent sayda (ödənişsiz) bu jurnallarda nəşr olunması, birgə magistr hazırlığı, magistr elmi-tədqiqat təcrübələrinin SDU-da və UNTU-də qarşılıqlı şəkildə keçirilməsi, Doktorantura sahəsində birgə əməkdaşlıq təklifləri müzakirə olunmuşdur.
Rektor professor R.N.Baxtizin şəxsi dəvəti ilə Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor Əkbər Ağayev və Kimya –biologiya fakültəsinin dekanı dosent Mahal Muradov UNTU-də tələbələrarası mini futbol üzrə “dünya çempionatı”nın açılışında iştirak etmişlər. Rektor R.N.Baxtizin gələcəkdə bu yarışda Azərbaycan komandasının iştirakını arzulamışdır. Universitetimizin beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində mühüm addım və nailiyyət hesab olunan səfərlərdən alimlərimiz xoş təəssuratlarla dönmüşlər. Əldə olunan nəticələr barədə Elmi Şuranın iclasında hesabat məruzəsi ilə çıxış edən professor Əkbər Ağayev qarşıda duran vəzifələr barədə şura üzvülərinə məlumat vermişdir.
Mətbuat xidməti