Mayın 24-ü Bakı Dövlət Universitetində “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” TEMPUS UNİVİA layihəsinin növbəti seminarı keçirildi.
Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluğu ilə təşkil olunan etdiyi 2 günlük seminarda Bakı Dövlət Universiteti, Sumqayıt DövlətUniversiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin nümayəndələri iştirak etdilər. 2014-cü ildən icra olunan layihə çərçivəsində Beynəlxalq əlaqələr departamentinin əməkdaşları Avropanın müxtəlif universitetlərində seminarlarda iştirak edib, həmin universitetlərin Beynəlxalq əlaqələr departamentlərinin strukturu, iş mexanizmi, iştirak etdiyi layihələr və s. yaxından tanış oldu. BDU-da baş tutan tədbir layihə çərçivəsində İspaniyanın Santiago de Compostela Universitetində təşkil olunmuş seminarın nəticələrinə həsr olundu. Səfər zamanı ali təhsil müəssisəsinin nümayəndələri İspaniyanın ən qədim universitetlədən biri olan Santiago de CompostelaUniversitetinin strukturu, beynəlxalq əlaqələr ofisi, aparılan tədqiqatlar, iştirak etdiyi layihələr, biznesin kubatorları haqqında ətraflı məlumat əldə etdilər.
Xatırladaq ki, layihənin əsas məqsədi partnyor universitetlərdə Avropa təcrübəsinə və öz ənənələrinə əsaslanan beynəlxalq əlaqələr ofislərinin mexanizminin təsis edilməsi, əcnəbi tələbə-müəllimlərin cəlb edilməsi ilə beynəlxalq təhsil mühitinin yaradılması, dünya universitetlərinin reytinq siyahılarına daxil olması, beynəlxalq əlaqələr ofislərinin strategiyalarının müasirləşdirilməsindən ibarətdir.
Seminarda Universitetimizi SDU üzrə UNİVİA layihəsinin kordinatoru professor Nigar İskəndərova, Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti, layihənin təlimatçısı Samirə Məmmədova təmsil etdilər.
Mətbuat xidməti