İyunun 23-də Neft-Kimya Prosesləri İnstitutu, Sumqayıt Dövlət Universiteti və Qafqaz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı.
Müqavilədə bakalavr və magistr pillələri üzrə tələbə hazırlığı, fəlsəfə doktorları və elmlər doktorları hazırlığı üzrə əməkdaşlıq nəzərdə tutulur.
Hər iki universitetin tələbələri Neft-Kimya Prosesləri İnstitutunda praktika keçəcəklər.Neft-Kimya Prosesləri İnstitutunda mövcud olan ən müasir analitik cihazlardan tələbələrin təmənnasız olaraq istifadəsinə şərait yaradılacaqdır. Birgə elmi konfransların təşkili, birgə müəllifliklə dərsliklərin və dərs vəsaitlərinin yazılıb nəşr edilməsi nəzərdə tutulur. Hər iki universitetin müəllimləri də plana uyğun olaraq Neft-Kimya Prosesləri İnstitutunda ixtisas artırma kursu keçəcəkdir.
Birgə qrant layihələrinin hazırlanması və icrası da müqavilədə nəzərdə tutulan işlərdəndir.
Mətbuat xidməti