Yüksək nəticə mənim uğurumdur.
Təhsil cəmiyyətin inkişafında, insanların layiqli vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Hər bir ölkənin uğurlu gələcəyi, ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətləri təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunur. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı proqram və layihələr həyata keçirilir. Bunun nəticəsidir ki, şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti bu gün yenilənmiş və daha da təkmilləşmiş statusu ilə bütün tələbə və müəllimlərimizin arzuladıqları tədris ocağına çevrilib. Universitetə rəhbərlik etməyə başladığı andan rektor professor Elxan Hüseynovun gərgin əməyi, zəhməti nəticəsində bu ali məktəbdə hərtərəfli, mükəmməl və ürəkaçan yeniliklər həyata keçirilmişdir. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda tədrisin, təhsilin keyfiyyətinin daha da artırılması haqqında hər bir universitet tələbəsi və əməkdaşı ağızdolusu danışa bilər. Universitetdə yaradılan şərait biz tələbələrə də öz bilik və bacarıqlarımızı nümayiş etdirməyə imkan vermişdir.
Universitetin Fizika və elektroenergetika fakültəsinin tələbələri İsgəndər Babayev, Valeh Abdullayev, Zaur Hacıyev, Pərvin Dünyamalıyev yüksək nəticələr göstərərək semestr imtahanlarını uğurla başa vurdular. Elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil alan II kurs tələbəsi İsgəndər Babayev bu ilki yay semestr imtahanlarında 100 bal toplayaraq, ən yüksək nəticə göstərdi. Bu nəticəyə görə o, universitetin rektoru professor Elxan Hüseynova minnətdarlıq etdi. Təhsil müəssisəsində köklü islahatlar aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, təhsil sisteminin qarşısında duran əsas hədəflərə çatmaqda müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Fürsətdən istifadə edərək, üzərimizdə əməyi keçən fakültə dekanı dosent Tamella Əhnədovaya, dosent Ramiz Hüseynova, Xarici dil müəllimi Şölə Yunisovaya təşəkkürümüzü bildiririk.
Mətbuat xidməti