Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi şuranın yekun iclası keçirildi
Yerləşdirilmə tarixi : 12 İyul 2016 18:39
Elmi şuranın yekun iclası keçirildi

İyulun 12-də Elmi şuranın 2015-2016-cı tədris ilinin yekun iclası keçirildi. Sədr Elxan Hüseynov şura üzvlərini salamladı və Kimya və biologiya fakültəsinin  Ümumi və qeyri - üzvi kimya kafedrasının müdiri Muxtar Səmədovu texnika üzrə elmlər doktoru adının, Dünya iqtisadiyyatı kafedrasının müəllimi Şəfiqə Məmmədovanı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı alması münasibətilə təbrik etdi, onlara  elmi –pedaqoji fəaliyyətində uğurlar arzuladı.
Rektor professor Elxan Hüseynov çıxışında universitetdə əldə olunmuş nailiyyətlər, problemlər, qarşıda duran vəzifələr barədə danışaraq gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırdı.
Bakalavr pilləsi üzrə yaz semestrinin imtahan sessiyasının, IV kurs tələbələrinin buraxılış işlərinin müdafiəsi və Dövlət imtahanlarının nəticələri barədə Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov, Magistr pilləsində yaz semestrinin imtahan sessiyasının və magistr dissertasiya işlərinin müdafiəsinin nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Ramiz Hüseynov geniş məruzə ilə çıxış etdilər.
Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədovun SDU-da 2016-cı ilin oktyabr-dekabr ayalarında universitetdə keçiriləcək Beynəlxalq və Respublika səviyyəli elmi konfranslara hazırlıq barədə məruzəsi dinlənildi.
Fiziki coğrafiya və Menecment kafedralarında görülən tədris-metodiki və elmi işlərin hesabatı barədə Fiziki coğrafiya kafedrasının müdiri dosent Tahir Ağayev, Menecment kafedrasının müdiri iqtisad elmləri namizədi Mehman Əhmədzadə və Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov kafedralarda mövcud vəziyyətin, nizam-intizamın, tədris prossesinin, elmi-tədqiqat işlərinin qənaətbəxş səviyyədə olduğunu bildirdilər.
Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov universitetin akkredasiyasının nəticələri, Elmi katib Aqil Hüseynov 2016/2017-ci tədris ili üçün Elmi Şuranın iş planının təsdiqi və Elmi Şuranın qərarlarının yerinə yetirilməsi mövzularında məruzə ilə çıxış etdilər. Məruzə ətrafında müzakirələr aparıldı, lazımı qərararlar qəbul olundu.
Cari məsələlərin müzakirəsində elmi ezamiyyəti barədə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev Fransa səfərindən söhbət açdı. O, iyunun 27-dən iyulun 2-dək Fransanın CNAM İnstitutunun Paris və Leon şəhərindəki filialında ERASMUS+LPEB “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” layihəsi çərçivəsində iştirak etdiyi təlimlərdən bəhs edərək, səfər təəssüratlarını iclas iştirakçıları ilə bölüşdü.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov şura üzvlərinin diqqətinə çatdırdı ki, iyulun 5-də universitetin rektoru professor Elxan Hüseynov AMEA-nın Polimer Materialları İnstitutunun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, Kimya elmləri doktoru professor Bəxtiyar Məmmədovla görüşü olmuşdur. Görüşdə SDU ilə AMEA-nın Polimer Materialları İnstitutu (PMİ) arasında təhsil-elm-istehsalat çərçivəsində elmi-təcrübi əməkdaşlıq üzrə istiqamətlər və universitetlə PMİ-nin birgə Elm – Tədris Mərkəzinin yaradılması, tələbələr, magistrantlar və doktorantların həmin mərkəzdə elmi tədqiqat, yaradıcılıq işləri ilə məşğul olması, müəllimlərin ixtisas artırma kurslarını keçməsi, universitet və institut alimlərinin birgə qrant layihələrinin hazırlanması və icrası müzakirə edilmiş, gələcəkdə qarşılıqlı əməkdaşlıq müqaviləsinin imzalananacağını diqqətə çatdırdı. 
Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri İslam Paşayev çıxışında TEC-in üzvlərindən ibarət ENACTUS komandasının “ENACTUS Azərbaycan” XI Milli Yarışında II yerə layiq görüldüyünü və "Ən Yaxşı Sahibkarlıq Yanaşması" nominasiyası üzrə universitetimizin "Qoza" layihəsinin qalib gəldiyini bildirdi.
Daha sonra iclasda Sumqayıt Dövlət Texniki Kollecinin Nizamnaməsi təsdiqləndi. Elmi şura yeni tədris ilində qarşıda duran vəzifələrin müzakirəsi ilə başa çatdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az