İyunun 27-dən iyulun 2-dək Fransanın paytaxtı Paris şəhərində yerləşən CNAM İntitutunda və onun Leon şəhərindəki filialında ERASMUS+LPEB « Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı » layihəsi çərçivəsində təlimlər keçirilmişdir. Təlimlərdə Azərbaycandan tərəfdaş universitetlərinin: Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universitetinin nümayəndələri iştirak etmişlər. SDU-nu təlimlərdə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev təmsil etmişdir.
Təlimlərdə nəzərdə tutulan ixtisaslara uyğun olaraq tədris kurslarının yenilənməsi, Avropa universitetlərində tətbiq edilən strategiyalar, Avropa universitetlərinin tədris kurslarının akkreditasiyası prosedurları, Avropa universitetləri tərəfindən keyfiyyətə nəzarət tələblərinə uyğun Bolonya və Tvininq tövsiyyələri, Avropa universitetlərinin dünya iqtisadiyyatı ilə qurduğu əlaqələr, Binaların enerji səmərəliliyi sahəsində 1-ci və 2-ci mərhələlərdə tədris kurslarının təşkili, Avropa universitetlərində resurs və qabaqcıl təcrübə mərkəzlərinin fəaliyyətləri, xarici universitetdə tələbənin mobilliyi sahəsində təcrübə, İkili diplom və ya birgə diplom sahəsində təcrübə və digər mövzular müzakirə olunmuşdur.
Təlim çərcivəsində nümayəndələr CNAM-ın muzeyində, elektrotexnika lobaratoriyasında, Leon şəhərində yaradılan ekoloji təmiz zona şəhərciyində olmuşlar.
Mətbuat xidməti